SON XƏBƏRLƏR
loading...
ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsinə aydınlıq gətirdi

ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsinə aydınlıq gətirdiRusiya və Ukraynanın bir sıra vətəndaşlarına qarşı yeni ABŞ sanksiyaları Minsk sazişinin tam icrası üçün təzyiq göstərmək məqsədi daşıyır.

APA-nın “RT”-yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bəyan edib.

"ABŞ hökuməti Ukraynanın suverenliyi və ərazi bütövlüyünün qorunub saxlanması və Minsk sazişini pozmağa çalışanların müəyyən edilməsi siyasətinə sadiqdir", deyə nazir bildirib.

Onun sözlərinə görə, yeni qərar Rusiyaya qarşı sanksiya təzyiqi barədə öhdəliyin tərkib hissəsidir.



Baxış sayı: 366