SON XƏBƏRLƏR
loading...
Prezidentin təyin etdiyi sədr Qarabağ veteranıdır

Prezidentin təyin etdiyi sədr Qarabağ veteranıdırYenicə fəaliyyətə başlamış Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin tərcümeyi-halının mətbuatda açıqlanmasına baxmayaraq, ictimaiyyət onu heç də yaxından tanımır.

“SONOLAY.İNFO” Foodinfo.az-a istinadən xəbərinə görə, Q.Təhməzli Qarabağ müharibəsi veteranıdır.

Belə ki, o, 1992-ci il 26 fevral – Xocalı soyqırımı baş verəndən iki gün sonra, yəni fevralın 28-də dostları ilə birgə könüllü şəkildə müharibəyə yollanmaq üçün Müdafiə Nazirliyinə müraciət edib. Həmin vaxt Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) tələbəsi olan Q.Təhməzli bir aydan sonra cəbhəyə göndərilir. O və dostları Qarabağ müharibəsi zamanı hərbi səhra hospitallarının yaradılması işində iştirak edib. Cəbhədən qayıtdıqdan sonra Q.Təhməzliyə Azərbaycan Respublikasının müharibə veteranı adı verilib.

Q.Təhməzli bu haqda danışarkən “Mən bu adla şərəf duyuram”, – deyə, bildirib.

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi Prezident İlham Əliyevin 10 fevral 2017-ci il fərmanı ilə yaradılıb.



Baxış sayı: 94