SON XƏBƏRLƏR
loading...
"Gündəm Xəbər"-ə təzyiqlər davam edir - Qəzetin çapına qadağalar qoyuldu

 "Gündəm Xəbər"-ə təzyiqlər davam edir - Qəzetin çapına qadağalar qoyuldu"Azərbaycan" Nəşriyyatı fevralın 6-da "Gündəm Xəbər" qəzetinin redaksiyası ilə icarə müqaviləsini birtərəfli qaydada ləğv edib. Beləliklə, redaksiya qəfildən küçədə qalıb.

2000 min nüsxə tirajla çıxan bu tənqidçi qəzetin təsisçisi və baş redaktoru Şirin Cəfərli Turan-a bildirib ki, o, icarə müqaviləsinə xitam verilməsi haqqında bildiriş almayıb və son anda məlumatlandırılıb.

Redaktorun sözlərinə görə, formal bəhanə nəşriyyata 800 manatlıq borc olub.

"Nəşriyyatda fəaliyyət göstərdiyimiz 8 il ərzində vaxtaşırı borclar yaranırdı, amma biz onları ödəyirdik. Müqaviləni birtərəfli ləğv etmək üçün bəhanəni qəbul edə bilmərik, belə ki, o, siyasi xarakter daşıyır", deyən redaktor qeyd edib ki, nəşriyyatda borcu olan icarəçilər az deyil, onları heç kim küçəyə atmır.

Cəfərlinin fikrincə, müqavilənin ləğv edilməsinə fevralın 5-də "Gündəm Xəbər" qəzetində dərc edilmiş prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun ünvanına tənqidi məqalə səbəb olub.

Nəşriyyat Prezident Administrasiyasının tabeliyindədir və mənim cəzalandırılmağım haqqında tələb yalnız oradan daxil ola bilərdi, deyə redaktor bildirib.

SONOLAY.INFO



Baxış sayı: 124