SON XƏBƏRLƏR
loading...
Ərdoğan Həsən Ruhani ilə telefonda "Suriya toplantı"sını müzakirə etdi - Açıqlama

Ərdoğan Həsən Ruhani ilə telefonda "Suriya toplantı"sını müzakirə etdi - AçıqlamaTürkiyə prezidenti Ərdoğan bu gün İranlı həmkarı Həsən Ruhani ilə telefonda İstanbulda keçirləcək "Suriya toplantı"sını müzakirə edib.

SONOLAY.İNFO Türkiyə mediasına istinadən xəbər verir ki, iki ölkə lideri Suriyadakı böhranı, son durumu təhlil edib və eyni zamanda, Rusiya, İran və Türkiyə arasında İstanbulda planlanan növbəti toplantının detallarını müzakirə ediblər: "Bundan başqa, tərəflər terrorla birgə mübarizə məsələsində də ortaq hərəkət etmək niyyətində olduqlarını bəyan ediblər".

Onu da qeyd edək ki, Ərdoğan bu gün səhər Rusiya prezidenti Putinlə də telefonda danışıb. Onlar İstanbulda keçirləcək 3 ölkənin birgə toplantısının tarixinin gələn həftə müəyyən edilməsinə razılaşıblar.



Baxış sayı: 44