SON XƏBƏRLƏR
loading...
Keçmiş MTN başçısının “reket jurnalistika”sının kənarda qalan üzvünün siyasi orentasiyasıda dövlətə təhlükə kəsb edir

Keçmiş MTN başçısının “reket jurnalistika”sının kənarda qalan üzvünün siyasi orentasiyasıda dövlətə təhlükə kəsb edir2015-ci ilin oktyabr ayında Eldar Mahmudovun “MTN imperiyası” yıxılandan sonra ölkə gündəmini silkələyən hadisələrdən biri də 2016-cı ilin dekabrında “reket jurnalistlər” şəbəkəsinin zərərsizləşdirilməsi oldu.Onlar ictimai rəyə məhz “Mahmudovçular” kimi təqdim olundular. Amma bir sual var ki, onu indiyədək heç kəs gündəmə gətirməyib: Bəs arada qalan 1 ildən artıq müddət ərzində həmin “reket jurnalistlər” nəyə görə ehtiyat tədbiri görməyiblər, məsələn, fəaliyyət növlərini dəyişməyiblər, yaxud, ölkənin hüdudlarını tərk etməyiblər? Axı, onların bunu etməyə kifayət qədər maddi imkanları vardı.

Yeri gəlmişkən xatırladaq ki, “Azərbaycan” Nəşriyyatının baş direktoru Ağabəy Əsgərov məsələyə münasibət bildirərkən demişdi ki, “DTX tərəfindən həbs olunan adamlar keçmiş nazir Eldar Mahmudovun cinayət qruplaşmasının üzvləridir, Eldar Mahmudov istədiyi şəxsi bu “jurnalistlər” vasitəsilə qaralayır, pul alır, şantaj edir və yaxud həbs edirdi”.

“Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev, “Bizim Dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və digərlərinin məhz Eldar Mahmudov üçün mətbuatda ayrı-ayrı şəxslərdən kompromat materiallar dərc etdiklərinə görə həbs olunduqları da bildirilir. Prosesin gedişinə diqqət yetirdikdə aydın olur ki, ilkin olaraq “reket jurnalistlər” bir sıra məmurlar və iş adamlarından kompromat materiallar dərc edərək onları gündəmə gətirirdilər. Sonrakı mərhələdə bu məqalələr Mahmudov tərəfindən “araşdırma materialı” kimi dəyərləndirilərək həmin şəxslər barədə sorğu açılırdı.

Şübhəsiz ki, həmin kompromat materiallar MTN-nin “mətbəx”ində hazırlanır və planın icrası üçün ayrı-ayrı saytlar, yaxud qəzetlərdə dərc olunurdu.“Reket jurnalistlər” bununla Eldar Mahmudovun pul qoparmaq istədiyi adamları hədəf taxtasına çıxarırdılar. MTN-nin zirzəmisində bu saxta materialların məmurlar, yaxud iş adamlarına qarşı şantaj və təhdid vasitəsi kimi istifadə edildiyini də ehtimal etmək olar. Şübhəsiz ki, bu təzyiqlərdən çəkinənlər Eldar Mahmudova istədiyini – külli miqdarda pulu verirdilər, verməyənlər də əvvəldən hazırlanmış ittihamlarla həbs olunurdular.

Keçmiş MTN başçısının “reket jurnalistika”sının digər qolu da var ki, burada peşəkar jurnalistlər yox, seçilmiş sıravi şəxslər təşkil edirdi. Həmin şəxslərə saxta jurnalist vəsiqələri verilmişdi və zəngin iş adamları barədə lazım olan məlumatları toplamaq tapşırığı almışdılar. Onlar Mahmudovun təyin etdirdiyi məvacib qarşılığında “xəfiyyə missiyası”nı yerinə yetirirdilər. Elələrinin arasında sonradan sayt baş redaktoru olmuş təcili yardım maşınının sürücüsü Mirəziz Əzizov da vardı…

Hələ Mahmudovun “qılıncının dalının da, qabağının da kəsdiyi” 2013-cü ildə Beyləqan təhsil şöbəsinin müdirini şantaj edən “jurnalistlər” öncə Tofiq Sadıqovun yanına Sevinc (sonradan həıbs olunmuş Sevinc.M.) adlı bir qadın yollamışlar. Qadın şöbə müdiri ilə münasibət qurduqdan və bir neçə dəfə görüşdükdən sonra, onların növbəti görüşü lentə alınıb. Bundan sonra isə, reket jurnalistlər Tofiq Sadıqovun yanına gedərək onu açıq şəkildə şantaj edərək, şöbə müdirindən 10 min manat tələb ediblər. Tofiq Sadıqov istənilən məbləği verməkdən imtina edib. Bu zaman reket jurnalistlər dövlət xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiklərini və lazım gələrsə çəkilən görüntüləri müvafiq nazirliklərə təqdim edəcəklərini bildiriblər. Daha sonra aparılan bazarlıq nəticəsində Tofiq Sadıqov reketlərə 7 min manat ödəyib.

Həmin hadisə barədə o dövrün yazıları hələ də internet resurslarında durur. Məsələninin ilginc tərəfi isə o idi ki, bundan sonra reket jurnalistlər Tofiq Sadıqovu tora salan qadının pulunu verməkdən imtina ediblər və aralarında pul qovğası yaşanıb. Saytlar həmin reket jurnalistlərindən birinin tamamən jurnalist peşəsindən uzaq olduğu və Bakı şəhər Təcili Yardım maşının sürücüsü olduğunu, digər jurnalistin qəzetinin isə Mətbuat Şurasının qara siyahısında yer aldığını yazmışlar.

Maraqlıdır, vaxtilə sabiq təhsil müdiri haqda təhqir dolu yazıların dərc olunduğu qəzetin nüsxələrini aparıb Tofiq Sadıqovun atasının qəbrinin üstünə dağıdan, DTX-də T. Sadıqovla üzləşdiriləndə isə dəsmal götürüb ağlayan Mirəziz Əzizov indi onun hansısa məmur “dostunun” marağına zidd olan yazıları internetdən çıxarmaq tələblərini yerinə yetirməyən sayt rəhbərlərini ləkələməyə, rüşvətxorluqda suçlamağa çalışır.

Hazırda həbs olunan“reket jurnalistlərlər” şəbəkəsinin kənarda qalan üzvü ambulans sürcüsü, “Xəbər- xətti.com” saytının direktoru olan Mirəziz Əzizovdur. Eldar Mahmudovun təyin etdiyi məvacibi qarşılığında “xəfiyyə missyasını” həyata keçirən bu zatın şantajçılıqla məşğul olduğuna dəlalət edəcək çoxsaylı sübutların ortada olmasına baxmayaraq, hələdə həbs edilməyib.O, yenədə adəti üzrə “işverən və üzəduran” misyasını məharətlə həyata keçirir. O, heç nə olmayıbmış kimi hətta, başqa tərəqqipərvər KİV rəhbərlərinə barmaq silkələməyə də özündə cəsarət tapır, hansısa yazını saytdan çıxarmağı tələb edir, onun bu hədə qorxusuna boyun əyməyən jurnalistlərin adını qeyd edərək hüquq mühafizə orqanlarındakı ixtiyarlarına ötürür. Yuxarılarıda aldadır ki, güya adları siyahıda qeyd olunan saytlar və onların rəhbərləri reketçılıklıməşğul olmaqla dövlətə və dövlətçiliyimizə qarşı əks təbliğatlar aparır, ölkədə ixtişaşlar yaratmağa çalışırlar.

Amma dövlətin, dövlətçiliyin təhlükəsizliyinə cavabdeh olan nüfuzlu qurumun mənsublarının onu da bilmələri vacibdir ki, Mirəziz Əzizovun özünün siyasi orientasiyası şübhəlidir. Vaxtilə birbaşa, indi isə dolayısı ilə rəhbərlik etdiyi “Reportyor.org” saytı Azərbaycanda qanuni, legitim hakimiyyətə qarşı sözün əsl mənasında dava açmışdı. Bir müddət əvvəl həmin saytda getmiş “Son çabalama” adlı məqalənin müəllifi yazıb: “Əliyev hakimiyyəti fontan vuran neft pullarını havaya sovurduqdan sonra indi də qeyri-neft sektorunun inkişafı barədə yalançı kağız göstərməkdədir, lakin Əliyev rejiminin qayəsində duran “əvvəl bizə, sonra qalsa, xalqa!” prinsipi ilə nəinki qeyri-neft sektorunun inkişafına nail olmaq, heç uçub-dağılma prosesini ləngitmək və ya dayandırmaq da mümkün deyil. Ölkədə uzun illər ərzində aparılan repressiya siyasətinin “töhfəsidir” ki, bu gün Azərbaycan düşünən beyin qıtlığından əziyyət çəkir. Ölkədə “beyin axını” nəticəsində yaranmış boşluğu dolduranlarsa, repressiya maşının məngənəsindən qurtula bilmirlər…”

Gəlin razılaşaq ki, bu altını cızdığımız sitatlar radikal müxalifətin əl atdığı populist dəsti-xəttdir. Kim zəmanət verə bilər ki, Mirəziz Əzizov “quyruqları qapı arasında qalan kimi” düşmən dəyirmanına su tökməyəcək, məsələn, elə yaxın vaxtda keçiriləcək Prezident seçkiləri ərəfəsində təxribata əl atmayacaqlar? Odur ki, onların istintaq dosyelərinə yenidən nəzər salınması vacibdir.

Mövzuya qayıdacağıq.

Ramin Məhəmmədoğlu,

RealMedia.az-ın baş redaktoru

Keçmiş MTN başçısının “reket jurnalistika”sının kənarda qalan üzvünün siyasi orentasiyasıda dövlətə təhlükə kəsb edir



Baxış sayı: 161