SON XƏBƏRLƏR
loading...
Prezidentin “gözündən düşən” AzTV sədrinin “qələmi qırılıb” - MTN işi

Prezidentin “gözündən düşən” AzTV sədrinin “qələmi qırılıb” - MTN işi
Bakı Ağır Cinayətlər Məhkəməsində işi gedən AzTV sədri Arif Alışanovun “qələmi qırılıb”

SONOLAY.İNFO xəbər verir ki, dövlət telekanalının şefinin yüksək dairələrdə reputasiyası yerdən yerə dəyib.

Azərbaycanın birinci dərəcəli təbliğat KİV-i olan AzTV-yə rəhbərlik edən şəxsin adının bu işlərə qarışması istefasını aktuallaşdırıb.

Bəzi iddialara görə, aprel seçkilərindən bir neçə ay sonra A.Alışanov vəzifəsindən kənarlaşdırılacaq. Prezidentin qəzəbinə tuş gəlmiş AzTV sədrinin adı xoşagəlməz işlərdə tez-tez hallanır.

Bu da dövlət televiziyasının adına xələl gətirir. A.Alışanovdan əvvəl AzTV-yə sədrlik etmiş Nizami Xudiyev haqda bu qədər qalmaqallı, korrupsiya faktları meydana çıxmamışdı.

Hazırda A.Alışanova 4,6 milyon manat pul “atmaqda” və ona qarşı sui-qəsd təşkil etməkdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçali Cəbiyev və Zöhrab Şirinovun məhkəməsi keçirilir.

Ş.Əkbərov vəsatət verərək Arif Alışanovun məhkəməyə gəlməsini tələb edib. Amma vəsatət təmin edilməyib.

İttihama görə, Ş.Əkbərov 2013-2017-ci illər ərzində A.Alışanovun Bakı şəhəri və Şamaxı rayonunda yerləşən əmlaklarını ələ keçirmək üçün Müsabi Namazov, Qoçali Cəbiyev və Zöhrab Şirinovla birlikdə silahlı mütəşəkkil dəstə yaradıblar.

A.Alışanov istintaqa ifadəsində 6 milyon topladığını təsdiqləyib. Bu qədər vəsaitin bir televiziya rəhbərində hardan olduğu aydın məsələdir.

Hər halda aldığı maaşdan deyil. Onun Xızıda, Şamaxıda villaları, fermaları, təsərrüfatları var. Dövlət kanalının rəhbəri əslində bir oliqarx həyatı yaşayır.

Bu faktları özü də etiraf edib. Və bu reputasiyaya malik sədrin yola salınacağı yaxın gələcəkdə reallaşacaq. Çünki Alışanov prezidentin gözündən düşüb.

Arif Alışanov bildirib ki, təxminən 2007-ci ilin ortalarında Şamaxı rayonunda torpaq almaq qərarına gəlib və bu məqsədlə rayonunun Nağaraxana kənd sakini Əkbərov Şücayət Allahverdi oğlu ilə tanış olub: “Bundan sonra aramızda yaxşı münasibət yarandı.

2012-ci ildə qardaşım Habil, yeznəm Vidadi Cəfərov, qayınlarım - Etibar, Natiq Bağırovları da kənd təsərrüfatı ilə məşğul olmağa cəlb edib, torpaqların yerli sakinlərdən satın alınmasında Şücayət Əkbərovdan köməklik göstərməsini istədim.

2012-ci ildən 2016-cı ilədək hissə-hissə qardaşım Habil 200 000 manat, yeznəm Vidadi 200 000 manat, qaynım Etibar 1 800 000 manat, qaynım Natiq 3 500 000 manat, özüm isə 500 000 manat - cəmi 6 milyon 200 min manat qoyaraq kənd təsərrüfatı və turizmlə məşğul olmaq qərarına gəldik”.

SONOLAY.İNFO xəbər verir ki, A.Alışanovun, onun bacısı oğlu Dəyanət Cəfərovun içərisində olduğu və Hacı Babayevin idarə etdiyi “Toyota Land Cruiser” markalı 99 - AA - 400 dövlət nömrə nişanlı avtomaşını Çuxuryurd- Şamaxı şossesində hərəkətdə olarkən yüksək sürətlə vuraraq hündürlükdən dərəyə salmaq barədə plan hazırlanıb.

Q.Cəbiyev telefonla Z.Şirinova zəng edib, cinayətin törədiləcək vaxtı, A.Alışanovun içərisində olacağı avtomaşını markası, rəngi, dövlət nömrə nişanı barədə məlumat verib.

Lakin A.Alışanov gözlənilmədən “Land Cruiser”ə deyil, Ş.Əkbərovun idarə etdiyi “NİVA” markalı 10-LR-099 dövlət nömrə nişanlı avtomaşına əyləşib və Ş.Əkbərov bu barədə dəstə üzvləri Q.Cəbiyev və Z.Şirinova xəbər verə bilməyib.

Zöhrab Şirinov avtomaşını idarə etdiyi “NİVA” markalı, 99-FD-207 dövlət nömrə nişanlı avtomaşınla Çuxuryurd kəndindən keçib Şamaxı şəhərinə doğru hərəkət edən “Toyota Land Cruiser” markalı maşını bir neçə dəfə arxa sol və orta hissəsindən vuraraq yüksəklikdən dərəyə salmağa çalışsa da, buna nail ola bilməyərək idarəetməni itirib.

Təqsirləndirilən S.Əkbərov da səhətində problem olduğunu, tibbi ekspertizanın keçirilməsini istəyib:
“Bu iş yaxşı araşdırılmalıdır, bunun bir ucu gedib, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova çıxır”.
.



Baxış sayı: 194