SON XƏBƏRLƏR
loading...
Prezident səbr edir, Avropadakı virtual İŞİD-çilər susmur – Xain proje…

Prezident səbr edir, Avropadakı virtual İŞİD-çilər susmur – Xain proje…Xaricdən gələn söyüşlər cəmiyyətdə geniş müzakirə edilir.

Bu məsələyə dövlətin də mövqeyi ifadə olundu

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov geniş bir status yazdı. O status da hazırda müzakirə olunur.

Sözügedən bu müzakirələrdə belə fikirlər də dartışılır ki, əslində söyüş, təhqir siyasi mübarizəyə necə gəlib? Kim gətirib? Əlbəttə, bununla bağlı da geniş mülahizələr irəli sürmək olar.

“Filankəs filan vaxt filan sözü demişdi, mən də indi ona filan sözü deyim” kimi yanaşma mədəni Avropanın göbəyində oturmuş adamlara yaraşarmı?!

Bu anlamda Prezidentin köməkçisi Əli Həsənovun statusundakı “İŞİD-in virtual versiyası” ifadəsi yerində deyilib.

Gerçəkdən siyasi mübarizəni qarşılıqlı, qatı düşmənçilik müstəvisinə endirmək İŞİD ideologiyasının bir başqa anologiyasıdırmı?!

Belədirsə, bizi böyük təhlükə gözləyir. Həmin ideologiyanın bəşəriyyətə hansı zərbələr vurduğunu açıqlamağa gərək yoxdur; bütün mənzərə gözlərimizin qarşısındadır.

Hakimiyyətin də öz rəqiblərini tənqid etməsində də qəribə bir şey yoxdur. Bu, siyasi mübarizədir. Buna hər tərəf dözümlü yanaşacaq. Ancaq təhqir, söyüş onun kim tərəfindən kimə ünvanlanmasından asılı olmayaraq, cəmiyyətə yönəlmiş olur, bütövlükdə xalq təhqir edilmiş olur.

Bu gün də hakimiyyətdən incik adamların da dövlət başçısına, onun ailəsinə, başqa hakimiyyət mənsublarına qarşı işlətdiyi təhqirlər eyni effekti yaradır.

Öz ölkəsini tərk edib xarici ölkələri özünə yurd seçmiş bəzi üzdəniraqlar son günlər öz doğma vətəninə qənim kəsiliblər.

Onların bu hərəkətləri Azərbaycan xalqının illərdir mövcud olan və sarsılmayan birliyinə xələl gətirmək cəhdidir.

Prezident bu qədər səbr nümayiş etdirir. Prezidentin köməkçisi Əli Həsənov bu şəxsləri düz yola dəvət edir, ziyalılıq nümayiş etdirir, milli düşüncə ilə onları sivil mübarizə aparmağa dəvət edir, amma onlar tərbiyəsizliklərini davam etdirirlər.

Professor, müəllim, humanist insan, peşəkar siyasətçi Əli Həsənov Avropada oturub təhqir yazanlarla bağlı paylaşdığı statusda bu şəxslərə böhtandan uzaq durmalarını məsləhət gördü.

Ziyalıları, dövlətin atributlarını təhqir etməmələrini tələb etdi. Amma bunlar xislətlərindən uzaqlaşa bilmədilər.

Bu şəxslər və onları dəstəkləyənlər öyrədilmiş adamlardır. Xarici kəşfiyyatların əlində oyuncaqdırlar. Ölkəmizi, prezidenti, prezidentin komandasını gözdən salmağa cəhd edirlər.

Amma unudurlar ki, onların heç bir yerdə heç bir dəstəyi yoxdur. Özləri deyib, özləri də eşidirlər. İndiyə kimi belə olub və bundan sonra da belə olacaq.

Azərbaycan xalqı öz dövlətini, prezidentini, prezidentə sadiq olan komanda üzvlərini təhqir edən bu adamları nə tanımır, nə də tanımaq istəmir.

Müşahidələr onu deməyə əsas verir ki, Azərbaycan əleyhinə çoxgedişli kombinasiyalar qurulub. Söyüş və təhqir kampaniyası hazırlanan planın görünən tərəfidir.

O da istisna deyil ki, hakimiyyət xəfiyyələrin sonrakı planlarından xəbərdar olduğu üçün növbədənkənar seçki elan etdi və hətta bəzi hallarda xarici təhlükəyə eyham vurdu.

Özü də budəfəki seçkidə Azərbaycana qarşı hansısa ermənipərəstlər, ermənilər, yaxud ölkəmizə qənim kəsilən əcnəbilər mübarizə aparmır, azərbaycanlı soy-kökünə məxus olan bir dəstə seçilib. Təsadüfdürmü? Yox təbii ki.

Məlumatlara görə, Avropdakı virtual İŞİD-çilər bir projedir. Müəyyən dairələrin maliyyəsi hesabına başladılmış piarın məqsədi ölkədə gərginlik yaratmaqdır.

Bu layihə Avropadakı bəzi fondların hesabına geeçəkləşir. Hətta proyektin arxasında Leyla Yunus kimi Qərbin anti-Azərbaycan fondlarından qrant alan şəxslərinin dayandığı deyilir.

Həmçinin, Avropada Eldar Mahmudov-Cahangir Hacıyev cütlüyünə xidmət edən qanadların maliyyəsi də istisna edilmir.



Baxış sayı: 137