SON XƏBƏRLƏR
loading...
Tramp Ərdoğanla telefon danışığı aparıb - Ağ evin mətbuat xidməti…

Tramp Ərdoğanla telefon danışığı aparıb - Ağ evin mətbuat xidməti…Amerika Birləşmiş Ştatlarının (ABŞ) və Türkiyə Cumhuriyyətinin (TC) Prezidentləri Donald Tramp və Rəcəb Tayyip Ərdoğan telefon danışığı zamanı bölgəsəl hadisələri və iki ölkə arasında strateji həmkarlıq münasibətlərini müzakirə ediblər. Bu barədə xəbəri Ağ evin mətbuat xidməti yayıb.
Bundan əvvəl, Türkiyə Prezidentinin administrasiyasındakı mənbə jürnalistlərə bildirib ki, Ərdoğan və Tramp telefonla Suriya və İraqdakı vəziyyəti, terrorçuluqla mübarizəni müzakirə ediblər. Onlar öz ölkələrinin müttfiqlik mövqeyini təsdiqləyiblər.

«Hər iki lider ölkələr arasında əməkdaşlığın genişlənməsi istiqamətindəki səyləri, NATO üzrə müttəfiq olaraq, ümumi maraqları irəli aparmağı və ikitərəfli münasibətlərə təsir göstərən məsələlər üzrə işləməyi dəstələdiklərini ifadə ediblər» – deyə, xəbərdə qeyd olunur.

Son illər iki ölkə arasında münasibətlər, ilk növbədə «kürd işi»nə görə rəvan getmir – ABŞ Suriyada və İraqda kürd hərbi birləşmələrinə kömək göstərir və guya onar terrorçularla mübarizə aparırlar. Türkiyə isə öz növbəsində, hesab edir ki, bu birləşmələr terrorçu qruplardır və onlara qarşı Afrin rayonunda əməliyyat aparır.




Baxış sayı: 103