SON XƏBƏRLƏR
loading...
“Azercell”in soyğunçuluğu: “Nalayiq üsullarla cibə girirlər...” - ÖZƏL

“Azercell”in soyğunçuluğu: “Nalayiq üsullarla cibə girirlər...” - ÖZƏLTelejurnalist Qulu Məhərrəmli feysbukda “Azercell” mobil operatorun fəaliyyətini kəskin tənqid edib.

SONOLAY.İNFO xəbər verir ki, tanınmış professor şirkəti soyğunçuluqda ittiham edib. Onun sözlərinə görə, “Azercell” ölkənin ən yarıtmaz xidmət edən firmasıdır:

“Azercell” ölkədə ən soyğunçu, ən yarıtmaz xidmət göstərən, müştərilərini addımbaşı aldatmağa çalışan, ən müxtəlif və nalayiq üsullarla əhalinin cibinə girən, faktiki olaraq quldurluq edən mobil operatordur”.

Ancaq bu ilk ittiham deyil. İş adamı Xəyal Məmmədxanlı xidmətlərindən istifadə etdiyi “Azercell” mobil operatoru haqqında sərt fikirlər səsləndirmişdi: "5711 kb (5 mb) internet istifadəsinə 118 manat, 147 saniyə zəngə 30 manat alan şirkətə "Azercell" deyilir.

Təsəvvür edirsiniz? Yəni whatsapp-la bir foto göndərdinsə və ya aldınsa 120 manat artıq hazırdır.

Mən bu "Azercell" ilə mübarizəmi yarımçıq qoymayacam! Adamı mal yerinə qoymaq nə imiş, görsünlər! Dostlar xahiş edirəm ki, maksimum paylaşaq!”. Müştərilərinin "Azercell”dən narazı olduğu əsas məsələlərdən biri də internetdir.

Əksəriyyət "Azercell” abunəçisi bu mobil operatorun internet xidmətlərinin son 1 ildə bərbad hala düşdüyündən şikayətlənir, bəziləri isə internet tariflərinin həddən çox yüksək olduğunu bildirir.

Lakin əsas məsələlərdən biri internet paketi olmadan internetdən istifadə edən zaman tətbiq olunmuş qiymətlərdir.

Şirkətin bu sahə üzrə fantastik qiymətləri sadə müştərilərlə yanaşı, ekspertlərin də diqqətini çəkib.

SONOLAY.İNFO xəbər verir ki, "Azercell”in , ümumiyyətlə bütün mobil operatorların internet xidmətləri ilə bağlı ciddi problemlər var.

Təəssüf ki, tənzimləyici qurum və istehlakçıların hüquqlarını qoruyan müvafiq Dövlət Xidməti də ya bu məsləyə etinasızdır, ya da maraq toqquşmaları var.

Həftədə bir neçə dəfə aksiya mesajları atıb interneti sudan ucuza təklif edən "Azercell” paketə qoşulmayan telefondan 1 MB = 0.4 manat tarifi ilə pul qazanır.

Çox maraqlıdır ki, bu necə olur? Belə çıxır ki, 5GB ( 5000 x 0.4) internet istifadə etmək üçün 2 min manat ödəniş olunmalıdır!? Bu məsələ hansı tarif cədvəlinə uyğundur?

"Azercell”dən aksiya mesajı gəlib. 50 GB = 4 manat! Ancaq tarif cədvəlinə görə isə bu pula sadəcə 1 neçə şəkil aça bilərsiniz. Yəni cəmi 10 MB (1mb = 0.4 manat)

Bir müddət əvvəl də “Azercell Telekom” MMC şirkəti tərəfindən bir qrup jurnalistə hədiyyə edilən mobil “MIFI” cihazlarına istifadə edilmədiyi halda 50 manata yaxın borc yazılıb.

“Azercell Telekom” MMC tərəfindən sözügedən cihazı hədiyyə alan jurnalistlərin bir çoxunun adına 50 manata yaxın borcu olması barədə poçtla bildiriş göndərilib. Bildirişdə borcun yaranması cihazdakı internetin bağlanılmaması ilə əsaslandırılır.

Halbuki, jurnalistlərə sözügedən cihaz hədiyyə edilərkən adlarına borc gəlməyəcəyi və üç aylıq pulsuz internet istifadə edildikdən sonra cihazın avtomatik bağlanılacağı söylənilib.

Tənqidlərə, şikayətlərə baxmayaraq “Azercell” mobil operatorunun müştərilərini aldatması prosesi davam etməkdədir.

İsveçin TeliaSonera qrupu 2008-ci ildə Azercell şirkətinin özəlləşdirilməsi zamanı yüz milyonlarla dollar vəsaitin mənimsənilməsini “narahatedici əməliyyat” adlandırıb.

BBC Azərbaycancanın Azercell şirkətinə ünvanladığı suallara TeliaSonera cavab verib və o, Azərbaycandakı partnyorunun benefisial sahibinin kim olduğunu bilmədiyini desə də, onun "siyasi hakimiyyətə" yaxın olduğunu ehtimal edib.

Bundan əvvəl İsveç televiziyası və Şərqi Avropa ilə Mərkəzi Asiya ölkələrinin araşdırmaçı jurnalistlərini bir araya gətirən OCCRP qrupunun birgə araşdırmasında iddia edilib ki, İsveçin telekommunikasiya şirkəti TeliaSonera Azərbaycanda "prezident ailəsi ilə razılığa gələrək 790 milyon ABŞ dolları dəyərində hökumət aktivlərinin mənimsənilməsinə" kömək edib.



Baxış sayı: 74