SON XƏBƏRLƏR
loading...
“YouTube”a hücum edən azərbaycanlı qadın haqqında təfərrüat - FOTOLENT

“YouTube”a hücum edən azərbaycanlı qadın haqqında təfərrüat - FOTOLENT“YouTube”un ABŞ-ın Kaliforniya ştatının San Bruno şəhərində yerləşən ofisində atəş açaraq 3 nəfəri yaralayan və daha sonra intihar edən iranlı Nəsim Nəcəfi Ağdam haqqında bəzi təfərrüatlar məlum olub.

İKT.lent.az-ın xəbərinə görə, San Dieqo şəhərinin sakini, 39 yaşlı Nəsim Nəcəfi Ağdam özünü “fars azərbaycanlısı”, “fars-Azərbaycan mədəniyyət vegeterianı” kimi epitetlərlə tanıdıb. O, heyvan hüquqlarının aktiv müdafiəçilərindən olub, bununla bağlı keçirilən müxtəlif aksiyalara qatılıb. Bodibildinqlə də məşğul olan qadın özünün “YouTube” kanalında sağlam və humanist həyat tərzini təbliğ edib. Kanalın 5 minə yaxın abunəçisi olub. 2009-cu ildə “Los Angeles Times” qəzeti Nəsim Nəcəfi Ağdamdan müsahibə götürüb. Qadın müsahibəsində ordu təlimlərində donuzlardan istifadə olunmasını tənqid edib.

N. N. Ağdam son vaxtlar “YouTube” video xidmətinin siyasətindən narazı qalıb. O, videolarının senzuraya məruz qaldığını, filtrasiya olunduğunu deyib və bunun nəticəsində daha az gəlir əldə etməsindən şikayətlənərək dünyada əsl söz azadlığını mövcud olmadığını vurğulayıb. “Siz həqiqəti söylədiyiniz üçün təzyiqə məruz qalacaqsınız, çünki həqiqət sistem tərəfindən dəstəklənmir”, - deyə qadın söyləyib. N. N. Ağdam “YouTube”un məxsus olduğu “Google” şirkətini “korrupsiyalaşmış sistem” adlandırıb.

Hadisədən əvvəl, gecə vaxtı polis əməkdaşları küçədə dayanmış avtomobildə yatan qadın aşkarlayıblar. Bu, Nəsim Ağdamın ailəsinin onun itkin düşdüyü barədə polisə müraciətindən bir neçə gün sonra baş verib. Onun atası Nəsim İsmayıl Ağdam polisi xəbərdar edib ki, qızı “YouTube” ofisinə gedə bilər, çünki bu şirkətə nifrət edir. Polis Nəsim Ağdamla bu barədə söhbət aparıb, lakin onu saxlamağa ehtiyac görməyib. Ailəsinə xəbər verilib ki, hər şey qaydasındadır. Bir neçə saat sonra isə Nəsim Ağdam “YouTube” ofisində məlum insidenti törədərək 3 nəfəri odlu silahdan açdığı atəşlə yaralayıb, sonra isə özünü vurub. Yaralılardan ikisi – 36 yaşlı kişi və 32 yaşlı qadın ağır vəziyyətdədir, 27 yaşlı qadının durumu isə orta ağırdır.
“YouTube” administrasiyası Nəsim Nəcəfi Ağdamın kanalını silib.
“YouTube”a hücum edən azərbaycanlı qadın haqqında təfərrüat - FOTOLENT
“YouTube”a hücum edən azərbaycanlı qadın haqqında təfərrüat - FOTOLENT



Baxış sayı: 81