SON XƏBƏRLƏR
loading...
Əsəd Dəməşq yaxınlığında kimyəvi silah işlətdi: yüzlərlə ölü var + FOTOLAR

Əsəd Dəməşq yaxınlığında kimyəvi silah işlətdi: yüzlərlə ölü var + FOTOLARÖtən gecə Suriya rejimi qüvvələri Dəməşq yaxınlığında üsyançıların nəzarətində olan şərqi Quta qəsəbəsinə kimyəvi silah hücumu həyata keçirib. Virtualaz.org xəbər verir ki, barədə Suriyada işləyən humanitar yardım işçilərinə istinadən BBC və digər beynəlxalq KİV-lər xəbər veriblər.
Suriyada bombardmanlar altında qalan dinc əhalini xilas etməyə çalışan “Ağ dəbilqilər” təşkilatının bildirdiyinə görə azı 150 dinc sakin ölüb və yüzlərlə insan xəsarət alıb. Xilasedicilər bildirir ki, bir çox ailələr bütövlükdə həlak olublar və onların meyitləri gizləndikləri sığınacaqlarda qalıb. Ölənlər arasında çoxlu qadın və uşaqların da olduğu bildirilir. Ölənlərin sayının artacağı gözlənilir.

Məlumatlara görə zarin qazı vurulmuş çəllək bombasını şərqi Qutaya naməlum vertolyot atıb. Suriya rejimi kimyəvi silah hücumu barədə məlumatları təkzib edir.

ABŞ Dövlət Departamenti bəyan edib ki, Suriyada kimyəvi silah hücumu barədə olduqca həyacanlı məlumatlar alıb və bu məlumatlar araşdırılır. Rəsmi Vaşinqton kimyəvi silah hücumuna görə məsuliyyəti Rusiyanın daşıyacağını bildirib. Dövlət Departamenti qeyd edib ki, bundan əvvəl Suriya rejiminin öz xalqına qarşı kimyəvi silah işlətməsi faktları şübhəsizdir. “Rusiya saysız-hesabsız suriyalıların kimyəvi silahdan da istifadə olunmaqla hücuma məruz qalmasına görə məsuliyyət daşıyır”-Dövlət Departamenti bildirir.

ABŞ xarici siyasət idarəsinin rəsmisi Hezer Nauert qeyd edib ki, onlara bır sıra könülü qruplar və tibb personalından kimyəvi silah hücumunda azı 40 nəfərin öldüyü haqda xəbərlər daxil olub. “Bir çox ailələr, o cümlədən uşaqlar sığınacaqlarda gizlənmişdilər, ancaq onların da öldüyü bildirilir”-rəsmi deyib.

Əsəd Dəməşq yaxınlığında kimyəvi silah işlətdi: yüzlərlə ölü var + FOTOLAR
Əsəd Dəməşq yaxınlığında kimyəvi silah işlətdi: yüzlərlə ölü var + FOTOLAR
Əsəd Dəməşq yaxınlığında kimyəvi silah işlətdi: yüzlərlə ölü var + FOTOLAR



Baxış sayı: 73