SON XƏBƏRLƏR
loading...
«Kubada hakimiyyətin dəyişməsi diktaturanın təntənəsidir!» – ADT

«Kubada hakimiyyətin dəyişməsi diktaturanın təntənəsidir!» – ADTAmerika Dövlətləri Təşkilatının (ADT) Baş katibi bəyan edib ki, Kubada seçkilərin nəticələri «diktaturanın təntənəsi» oldu.

Gümə axşamı Migel Dias-Kanel Kubada Raul Kastronu əvəzləyərək, ölkənin Dövlət Şurasının başçısı vəzifəsinə təsdiq olunub. Raul Kastro hələlik ölkənin aparıcı və rəhbər qüvvəsi olan Kuba Kommunist Partiyasının birinci katibi vəzifəsində qalır. Onun sözlərinə görə, birinci katib postunu 2021-ci ildə keçiriləcək qurultayda tərk edəcək.

«Diktaturanın azadlıq üzərində təntənəsi inqilab adlanmır. Kubada müşahidə etdiyimiz dövlət başçısı vəzifəsində varislik cəhdləri rejimin ömrünün uzadılmasına xidmət edir. Bu, diktatura adlanır» - deyə, Baş katib Luis Almaqroya istinadla, ADT-nın komünikesində söhbət açılır.

ADT başçısının fikrincə, Kuba xalqı özünə rəhbər seçməyib.

«Kuba milli assambleyası tərəfindən Migel Dias-Kanelin ölkə rəhbəri postuna seçkisi Kuba xalqının iradəsinin azad ifadəsi olmadan keçirilib. Xalqın iradəsi məlum olmayanda, hökmdarlar öz hakimiyyətlərinin yeganə əsasını itirirlər» – deyə, Almaqro bəyan edib.(azpolitika)



Baxış sayı: 179