SON XƏBƏRLƏR
loading...
“”Beşiktaş” meydandan qaçmaz” - Dövlət Baxçalı

“”Beşiktaş” meydandan qaçmaz” - Dövlət Baxçalı“Fənərbaxça” ilə “Beşiktaş” arasında keçirilən və Şenol Günəşin yaralanması səbəbindən yarımçıq qalan matçla bağlı MHP sədri Dövlət Baxçalı da mövqe bildirib. “AzPolitika.info” Türkiyə mətbuatına istinadən bildirir ki, “”Beşiktaş”ın məşqçisi Türkiyənin məşqçisidir” deyən MHP sədri “Beşiktaş” azarkeşi olduğunu gizlətməyib və bununla yanaşı, komandanın meydanı tərk etməsini də bəyənmədiyinə eyham vurub: “Şenol Günəş Türkiyəni dünya üçüncülüyünə daşımış bir dəyərdir. Ona qarşı edilənləri şiddətlə qınayıram. Onunla əlaqə saxlayaraq, “keçmiş olsun” diləyimi çatdırdım. “Beşiktaş” meydandan qaçmaz. Bunu bir “Beşiktaş”lı olaraq söyləyirəm”.

Xatırladaq ki, Türkiyə Kubokunun bu iki klub arasındakı yarımfinal matçı meydana yad əşyaların atılması və qonaq komandanın baş məşqçisi Şenol Günəşin başından yaralanması səbəbilə oyunun 57-ci dəqiqəsində dayandırılaraq, təxirə salınmışdı.



Baxış sayı: 90