SON XƏBƏRLƏR
loading...
“Novruz Məmmədovun baş nazir postuna təyinatı islahatlarla bağlı gözləntilərin dəfnidir” - QUBAD İBADOĞLU

“Novruz Məmmədovun baş nazir postuna təyinatı islahatlarla bağlı gözləntilərin dəfnidir” - QUBAD İBADOĞLU“Novruz Məmmədovun baz nazir postuna təyinatını uğursuz hesab edir və hesab edirəm ki, dövlət başçısı bu təyinatla bir daha göstərdi ki, ölkədə islahatlar aparmağa, çevik və işlək hökumət qurmağa siyasi iradəsi çatmır. Bu təyinat islahatlarla bağlı gözləntilərin dəfnidir”.

Bu barədə Azərbaycan Demokratiya və Rifah Hərəkatınınn sədri, iqtisadçı alim Qubad İbadoğlu bildirib.

“İslahatçı baş nazir ölkədəki dəyişikliklər proqramına malik olmalı və onun aparılmasının məsuliyyətini üzərinə götürə bilən, komandaya malik olan müstəqil şəxs olmalıdır. Növruz Məmmədov islahat aparmaq üçün nə təçkilati qabliyyətə, nə təsərrüfatçılıq bacarğına, nə də ki, peşəkar iqtisadi biliklərə malik deyil”, - deyib iqtisadçı

“Dövlət başçısı Nazirlər Kabinetinin əhəmiyyətini daha da aşağı saldı”

Q. İbadoğlu hesab edir ki, bu təyinat həm də əvvəlki siyasətin davam edəcəyinin bəyan edilməsi kimi qiymətləndirilməlidir: “Bununla dövlət başçısı Nazirlər Kabinetinin əhəmiyyətini daha da aşağı saldı və baş nazir postunun həmişə nominal olacağına fərman verdi”.

Cavid, Hurriyyet.org



Baxış sayı: 74