SON XƏBƏRLƏR
loading...
Bakının yeni başçısı olacaq ''Qızıl Zakir'' kimdir?

Bakının yeni başçısı olacaq ''Qızıl Zakir'' kimdir?Hacıbala Abutalıbov Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsinə təyin edilib. Bu barədə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sərəncam imzalayıb. Sərəncamda deyilir:”Hacıbala İbrahim oğlu Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin”.
Qeyd edək ki, H.Abutalıbov 2001-ci ilin yanvar ayından bu günə qədər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Bakının yeni rəhbərinin kim olacağı ilə bağlı müxtəlif versiyalar olsa da, ən ciddi namizədin adı məlum olub. Criminal.az saytına daxil olan məlumata görə, həmin şəxs ''Azərgold'' Qapalı Səhmdar CƏmiyyətinin sədri Zakir İbrahimovdur. Çox böyük ehtimalla Bakının başçısı Z.İbrahimov olacaq.
Z.İbrahimov 2 aprel 1974-cü il tarixində Bakı şəhərində anadan olub. 1990-cı ildə Leninqrad Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinə daxil olub. 1995-ci ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsini bitirib. 2004-2006-cı illərdə Odlar Yurdu Universiteti, ABŞ Corciya Dövlət Universitetinin Magistr proqramı üzrə biznesin idarəedilməsi (MBA) istiqamətində təhsil alıb. 1993 – 1995-ci illərdə "TAİS” Azərbaycan Gənclər İnteqrasiya Mərkəzində Hüquq və Biznesin İnkişafı üzrə Mütəxəssis vəzifəsində çalışıb. 1995 – 1998-ci illərdə "Azticarət” Açıq Tipli Səhmdar Cəmiyyətində Hüquq və Biznesin İnkişafı üzrə Aparıcı mütəxəssis vəzifəsində çalışıb. 1998 – 2002-ci illərdə "Azpetrol LTD” Məhdud Məsuliyyətli Cəmiyyətində Xüsusi Layihələrin Koordinasiyası və Təchizat Şöbəsinin müdiri vəzifəsində çalışıb. 2003 – 2004-cü illərdə "EUPEC PipeCoating Azerbaijan BM” Baş direktorun müavini vəzifəsində çalışıb. 2004 – 2005-ci illərdə "Azpetrol Neft Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətində Strateji Araşdırmalar, -İctimaiyyətlə Əlaqələr, Marketinq və Təchizat Departamentinin müdiri vəzifəsində çalışıb. 2005 – 2006-cı illərdə Moldova Respublikasında "Azpetrol SRL” şirkətində Baş direktor vəzifəsində çalışıb. 2006 – 2009-cu illərdə "EVR LTD” Məhdud Məsuliyyətli Cəmiyyətində Baş direktor vəzifəsində çalışıb. 2009 – 2016-cı illərdə "Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətində İdarə Heyətinin sədri vəzifəsində çalışıb. 26 may 2016-cı il tarixindən etibarən "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsində çalışır.
Hacıbala Abutalıbovun yerinə namizədlər arasında ''Azərbaycan Dəmir Yolları''nın rəhbəri Cavid Qurbanov, gənclər və idman naziri Azad Rəhimov, Bakı Metropoliteninin rəisi Zaur Həsənov, Səbail rayon İcra Hakimiyyətinin başçısı Zakir Həsənovun da adı hallanır.

SONOLAY.İNFO



Baxış sayı: 215