SON XƏBƏRLƏR
loading...
Yəhudi aktrisa bir milyon dollardan imtina etdi: “VİCDANIM DAHA QİYMƏTLİDİR”

Yəhudi aktrisa bir milyon dollardan imtina etdi: “VİCDANIM DAHA QİYMƏTLİDİR”SONOLAY.İNFO xəbər verir ki, yəhudi aktrisa Natali Portman İsrailin yürütdüyü siyasəti tənqid edərək “Genesis Prize” fondunun ona vermək niyyətində olduğu mükafatı rədd edib. Portman mükafatı rədd elədikdən sonra son 5 ildə keçirilən mükafatlandırma mərasimi bu il ləğv edilib.

“Genesis Prize” mükafatı hər il ən çox müvəffəqiyyət qazanmış yəhudiyə verilir və 1 milyon dollar məbləğindədir.

Natali Portman bu mükafatı almaqla onların əməllərinə otraq olmayacağını bəyan edərək deyib: “İsraildə baş verən son hadisələr məni son dərəcədə narahat edir və İsraildə hər hansı ictimai tədbirdə iştirak eləsəm, özümü rahat hiss eləməyəcəyəm. Bu mükafatlandırma mərasiminə getsəydim, vicdanıma ləkə düşərdi”.

“Genesis Prize” fondu 2012-ci ildə qurulub və indiyə qədər daim ildə bir dəfə mükafatlandırma mərasimi keçirib. Bu il isə mərasim baş tutmayıb.



Baxış sayı: 60