SON XƏBƏRLƏR
loading...
Ərəblər ABŞ və İsrail çətiri altında birləşdilər! - HƏDƏFDƏ TÜRKİYƏ İLƏ İRAN VAR

Ərəblər ABŞ və İsrail çətiri altında birləşdilər! - HƏDƏFDƏ TÜRKİYƏ İLƏ İRAN VARƏrəb qüvvələri-Centcom ortaqlığı quruldu.

Səudiyyə Ərəbistanının paytaxtı Riyad şəhərində Körfəz Əməkdaşığı Şurası üzvü olan ölkələrlə yanaşı, Misir və İordaniyadan olan təmsilçilər və ABŞ Mərkəzi qüvvələr Komandanlığı (Centcom) komandiri general Çozef Votelin iştirakı ilə Ərəb-ABŞ hərbi görüşü keçirilib.

Xəbər verdiyimiz kimi, Səudiyyə Ərəbistanın Baş Qərargah rəisi Feyyad bin Hamid er-Ruveyli ilə Votelin həmsədrlikləri ilə keçirilən iclasda ABŞ-ın 2018-ci il üçün müdafiə strategiyası, təhlükəsizlik, regional məsələlər və terrorla mübarizə məsələləri müzakirə edilib. İki gün davam edən görüşdə Qətəri Baş Qərargah rəisi Qanim bin Şahin el-Qanim təmsil edib. Bu, Qanimin bir həftə ərzində Səudiyyə Ərəbistanına ikinci səfəridir.

İclasın Suriyada, Fərat çayının şərq sahillərində yerləşdiriləcək Ərəb Qüvvəsi xəbərlərinin mediaya sızdırılmasından dərhal sonra keçirilməsi diqqəti cəlb edib.

Bu qüvvənin ABŞ və İsrailin çətiri altında yarandığı və başda İran olmaqla, Türkiyəyə də qarşı istifadə edilə biləcəyi barəsində təhlillər yazılır.

SONOLAY.İNFO



Baxış sayı: 79