SON XƏBƏRLƏR
loading...
SENSASİYALI İDDİA: insan yadplanetlidən əmələ gəlib və ilk olaraq qadın...

SENSASİYALI İDDİA: insan yadplanetlidən əmələ gəlib və ilk olaraq qadın...Səmavi dinlərdə qeyd olunur ki, Tanrı Həvvanı Adəmin qabırğasından yaradıb. Ateistlər illər boyu buna barmaqarası yanaşsalar da bugünkü tədqiqatçılar dini rəvayətləri əsassız saymırlar. Belə bir fərziyyə mövcuddur ki, ilk qadın Yer üzündə məhz kişilərin sayəsində yaradılıb, amma bu planetdəki deyil, başqa dünyadan gəlmiş kişilərin!

Belə ki, təqribən 80 il bundan qabaq amerikalı antropoloqlar Lin və Berqer mağara insanlarının sümük qalıqlarını araşdırarkən heyrətə gəlmişdilər.

buna səbəb ibtidai qadınların iki deyil, dördayaqlı olması faktı imiş. Tapılan sümüklər belə deməyə əsas verir. Amma kişilər elə əvvəldən ikiayaqlı, dik gəzən olublar.


Bundan qaynaqlanan araşdırmaçılar maraqlı bir mülahizə irəli sürüblər: təxminən 60 min il bundan qabaq Yer Kürəsinə yadplanetli kişilər gəliblər. Onlara qadın lazım olduğu üçün axtardıqlarını bu dünyada da tapa bilmədiklərindən dişi meymunları “insan”laşdırıblar.

Sual yarana bilər ki, bəs yadplanetlilərin öz dünyasında qadın yox idi? Alimlər güman edirlər ki, bu kişilər öz dünyasından qovulmuş canilər, üsyankarlar ola bilərdi. Ya da Yer Kürəsinə enməyə məcbur olmuşdular. Yaxud elmi təcrübə aparırdılar. Yəni hansısa səbəbdən öz planetlərinə qayıda bilmədikləri üçün burada qadına ehtiyacları varmış.

Hər halda yadplanetlilər həmin zamanda gen texnologiyasına malik idilər, ona görə də dişi meymunu dörd ayaqdan ikiyə qaldıra bilmişdilər. Ümumiyyətlə, qədim insanların məişətə, tibbə, təbiətə aid bir çox şeyləri gəlmələrdən öyrəndiyi məlumdur. Məsələn, qədim insanlar tunc dövründə demək olar ki, dünyanın hər bir guşəsində eyni anda tuncdan alətlər düzəltmişdilər. Rabitənin, okeanları üzüb-keçəcək nəqliyyatın olmadığı bir dönəmdə dünyanın bu başındakı insan o bir ucundakının nə düzəltdiyini, hazırladığını haradan bilirdi? Kim bu yeni qabiliyyətləri dünyanın hər tərəfinə yayırdı? Bunu Buddist mənbələr də təsdiqləyir. Onların Tanrı dedikləri varlıqlar dini rəvayətlərində gümüşü qabda uçub gəlmiş, qüdrətli məxluqlar kimi təsvir olunur. Sonra dini mənbələrində bildirilir ki, “Onlar bizə torpaq əkməyi, ev tikməyi, əşyalar hazırlamağı, xəstə sağaltmağı öyrətdilər...” Təbii ki, qədim insanlar “yadplanetli”, “elmi-təcrübi”, “texnologiya” və s. sözlərdən, fəaliyyətlərdən xəbərdar olmadıqları bir vaxtda bu cür varlıqları tanrı hesab edəcəkdilər.

SENSASİYALI İDDİA: insan yadplanetlidən əmələ gəlib və ilk olaraq qadın...
Bu, hələ son deyil! XIX əsrin ortalarında Bullos və Kilmor ABŞ-ın Kentukki ştatında, bərkimiş vulkan lavasının üstündə insan ləpirinə bənzər iz tapmışdılar. Amma araşdırmalar göstərmişdi ki, həmin ləpir düz 300 milyon il əvvələ aiddir. Bəs elmi nəzəriyyəyə görə həmin tarixdə Yerdə insan nədir, heç canlı orqanizm də yox idi?! Deməli, bu ləpir insana aid deyildi, başqa planetin varlıqlarına məxsus idi.

Görünür, insanlıq tarixi heç də bizim düşündüyümüz kimi deyilmiş. Belə ki, amerikalı tədqiqatçı Zəkəriyyə Sitçin iddia edir ki, insan Nibir planetindən gəlmiş məxluqların “gen mühəndisliyi” sayəsində yaradılıb. Təxminən 300 min il əvvəl onlar Yer Kürəsinə gələrək buranın təbii resurslarından istifadə ediblər. Amma onlar öz ağır işlərində çalışdırmaq üçün kölələrə gərək duyulurdu. Bunun üçün insanabənzər meymunların əməyindən yararlanırdılar. Amma əvvəlcədən bu insanabənzər heyvanların genlərində dəyişiklik etmək lazım idi. Xüsusilə də ağır işləri görmək üçün onlara güclü məxluq – kişi lazım idi. Daha sonra yaradılmış məxluqların çoxaldılması üçün onun dişisini yaratmağa ehtiyac vardı ki, beləliklə də kişi xromosomları vasitəsilə meymunların dişisindən ilk qadınlar yaradılır. Sonrası isə məlumdur... İnsan nəsli beləcə çoxalıb davam edir.



Baxış sayı: 251