SON XƏBƏRLƏR
loading...
“Niqodnıy” bilet, Əfqanıstan sənədi... Arzu Rəhimovun təyinatı niyə verilmir? - İttihamlar

“Niqodnıy” bilet, Əfqanıstan sənədi... Arzu Rəhimovun təyinatı niyə verilmir? - İttihamlarSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisi vəzifəsinə təyinat olmayıb. Nazirlər Kabinetinin tərkibinin yarısı müəyyənləşsə də, boş qalan kreslolar var.

Ona görə də, SHXÇDX rəisi postuna təyinatın olmaması da dəyişiklik ehtimalı yaradıb.

İddialara görə, Arzu Rəhimov yola salına bilər. A.Rəhimov xidmət rəisi təyin edilərkən islahatlar həyata keçirəcəyi gözləntisi vardı.

Amma nəinki, islahatlar aparılmadı, “niqodnıy” bilet alverindən tutmuş hərbi komissarlıların binalarının təmiri, uniformaların verilməsinə qədər maxinasiyalar reallaşdırdı.

A.Rəhimovun keçmiş müavini Novruzəli Orucovla gördüyü işləri xatırlamağa ehtiyac yoxdur. Arzu Rəhimov bu xidmətin ilk rəhbəri olaraq özünü doğrultmadı. İşində ciddi nöqsanlar müşahidə olundu.

Hətta bu nöqsanlar Zakir Həsənovun Müdafiə Naziri təyin olunmasından sonra özünü daha da qabarıq şəkildə hiss etdirdi.

Zakir Həsənova özü kimi çevik və bacarıqlı bir SHÇDX rəhbəri lazımdır ki, gərəkən anda orduya səfərbərlik məsələlərini uğurla həyata keçirsin.

Amma Arzu Rəhimov bunu bacarmadı. Və bu səbəb də onunla bağlı gediş qərarının verilməsində əsas nüans kimi çıxış etməkdədir. Hələlik onun yerinə təyinat təsdiqlənməyib. Qərarın nə olacağını söyləmək çətindir.

Heç kimə sirr deyil ki, sağlam çağırışçıların əvəzinə xəstə çağırşçıları xidmətə yollaması, bəzi savadlı zabitləri qanunsuz olaraq işdən azad edib, təqaüdə göndərməsi və Əfqanıstanı xəritədə belə görməyənlərin bu qurumda “Əfqanıstan veteranı” kimi qeydiyyatdan keçməsi kimi özbaşınalıqlar mətbuatda yazılıb.

Baxın, zaman-zaman sağlam çağırışçıların yerinə xəstə çağırşçıların xidmətə göndərilməsi halını müşahidə edirik.

Hətta bu qurumun sağlam deyib ordu sıralarına göndərdiyi əsgəri Müdafiə Nazirliyi dəfələrlə bir neçə aydan sonra geri qaytarmaq məcburiyyətində qalıb. Bu da Arzu Rəhimovun normal işləmədiyinin aydın təzahürüdür.

Çünki belə hallar yalnız rüşvət və korrupsiyanın kök saldığı yerlərdə yaşana bilər. Onu da nəzərinizə çatdıraq ki, Müdafiə Nazirliyinin işləməsi məhz bu sistemdən asılıdır.

Yəni, ordu sıralarına sağlam gənclər çağırılmalıdır. Belə olan təqdirdə, xidmətdə xəstəliklərin sayı az olar.

Əsgərlərimiz öz xidmətlərini daha sağlam şəkildə yerinə yetirərlər. Ona görə də əsgəri xidmət səfərbərlik sistemindən başlayır. A. Rəhimov ora ona görə qoyulmayıb ki, korrupsiyanı inkişaf etdirsin.

Prezidentin tələbi ilə həmin idarədə ciddi təmizləmələr aparılmalıdır. Bu cür özbaşınalıqlar və qohumbazlıqlar ortadan qalxmalıdır.

Həmin idarədə mütləq təmizlənmələrə başlanılmalıdır. Ora qanunauyğun iş görən sağlam kadrlar gətirlməlidir. Əks halda bu cür başıpozuqluq davam edəcək.

Arzu Rəhimov vəzifəyə təyin olunduqdan sonra Səfərbərlik Xidmətindən uzaqlaşdırılan peşəkar zabitlər və müəmmalı şəkildə vəzifəyə təyinolunmalar haqda da ilginc məlumatlar verdi.

Məlumata görə, Arzu Rəhimov hərbi komissarlıqlarda geyim biznesi qurub. Mətbuatda gedən məlumatlara görə, general hərbi komissarlıqlarda xidməti uniformaları satışa çıxarıb.

Dövlət tərəfindən komissarlıq işçilərinə pulsuz paylanmalı olan uniformalar A.Rəhimovun arzusu ilə pulla satılır. Nəticə etibarı ilə Xidmət rəisi dövlətin verdiyi geyimlərdən pul qazanır.

Amma qeyri-rəsmi və gizli şəkildə həyata keçirilən bu əməliyyata görə heç kəs şikayət edə bilmir. Hər bir SHXÇDX əməkdaşı ehtiyat edir ki, vəzifəsindən kənarlaşdırıla bilər.

A.Rəhimovun uniformalarla yanaşı komissarlıq binalarının təmiri və tikintisi işlərindən də pul mənimsədiyi iddia edilir.

Deyilənə görə, Xidmət rəisi regionlarda komissarlıqların təmir və yenidənqurması işlərinin xərcini komissarların boynuna qoyur.
Baxmayaraq ki, dövlət tərəfindən bu işlərə vəsait ayrılır.

Amma A.Rəhimov ayrılan maliyyəni mənimsəyərək komissarları öz cibindən xərc çəkməyə məcbur edir. İddialara görə, belə bir hal bu yaxınlarda Cəlilabadda yaşanıb. Görək, onunla bağlı təyinat olacaqmı...(fia.az)

SONOLAY.İNFO



Baxış sayı: 303