SON XƏBƏRLƏR
loading...
“Quska” orduxanlara pul verirmiş... “söyüş makinası”nda həbslər başladı - ÖZƏL

Seçkilər ərəfəsində ölkəyə və dövlət rəhbərliyinə qarşı başladılmış söyüş kampaniyasının mənbəyi de-şifrə olunmaqdadır.
“Quska” orduxanlara pul verirmiş... “söyüş makinası”nda həbslər başladı - ÖZƏL
Artıq söyüş makinasının sifarişçilərindən biri tutularaq Bakıya gətirilib.

Söhbət “Quska” ləqəbli keçmiş deputat Hüseyn Abdullayevin həbsindən gedir. H.Abdullayevin ardınca Avropada mühacir adı ilə ölkənin əleyhinə fəaliyyət göstərən digərləri də məsuliyyətə cəlb oluna bilər.

Seçkilər dövründə nalayiq söyüşlərlə dövlət rəhbərliyini təhqir edən, ictimai-siyasi xadimlərə virtual terror edən Avropadakı bir qrup şəxsin kimlərdən maliyyələşdiyi üzə çıxıb.

Onlardan biri də “Quska”dır ki, İnterpola axtarışa verilmişdi. Nəhayət, Türkiyədə tutularaq Azərbaycana gətirilib. Hazırda vergi cinayəti ilə bağlı qaldırılmış cinayət işi üzrə istintaq davam etdirilir.

2012-ci ildə H. Abdullayev barəsində Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi başlanıb. Ölkədən qaçdığı üçün onun barəsində dövlətlərarası axtarış elan edilib.

Azərbaycan hakimiyyəti son vaxtlar Avropadakı bəzi mühacirlərin Prezident İlham Əliyev və ətrafına qarşı apardıqları təhqir kampaniyasının H.Abdullayevlə bağlılığı olduğundan şübhələnirdi.

Ara-sıra hökumətyönlü KİV-lər belə iddialar irəli sürürdülər. Bu baxımdan Azərbaycanın hüquq-mühafizə orqanlarının H.Abdullayevin Azərbaycana gətirilməsi istiqamətində səylərini daha da artırdıqları istisna olunmurdu. Belə görünür ki, bu cəhdlər nəticə verib.

Onu da qeyd edək ki, H.Abdullayev payıza planlaşdırılan prezident seçkilərində namizəd kimi iştirak etmək niyyətini açıqlamışdı.

Seçkilər 6 ay əvvələ çəkildikdən sonra o, boykot qərarını açıqladı. Xatırladaq ki, H.Abdullayev bir neçə ildir ki Almaniyada siyasi sığınacaq almışdı və orada yaşayırdı.

Xaricdəki antimilli qüvvələrlə əməkdaşlıq edən və Azərbaycan maraqlarını açıq hərraca çıxaran bir qrup radikal ünsürün son zamanlardakı fəallıqları onların dırnaqarası siyasi fəaliyyətlərini araşdırmaq zərurətini yaradır.

Belə ki, indiyə qədər öz fəaliyyətləri ilə cəmiyyətdə ümumiyyətlə tanınmayan bu şəxslərin gündəmə gəlməsi əslində onların başqa qüvvələrin əlində alət olduğunu göstərir.

İndi isə həmin şəxslərin erməni lobbisi və bəzi imkanlı azərbaycanlılar tərəfindən maliyyələşdirilməsinin məlum olması bu qüvvələrin əsl marianet olmasına şübhə yeri qoymur.

SONOLAY.İNFO xatırladır k, “Xəzər” telekanalının efirində də söyüş müxalifətinin sponsorlarının kimliyi açıqlanmışdı.

Antimilli qüvvələrin siyasi spekulyasiyalarının stimullaşdırılmasında erməni lobbisi ilə yanaşı "Quska" ləqəbi ilə tanınan hazırda Almaniyada sıgınacaq alan keçmiş deputat Hüseyn Abdullayev, Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayev, keçmiş hərbçi İsa Sadıqov və erməni lobbisinin pulları ilə böyük sərvət toplamış keçmiş səfir Arif Məmmədov yer alır.

Həmin başıpozuqların maliyyələşdirilməsində iştirak edən bu siyasətbazlar əslində siyasi mövcudluqlarını göstərmək üçün radikal ünsürlərdən bir alət kimi də istifadə edirlər.

Siyasi alət funksiyasını isə antiazərbaycançı şəbəkənin dırnaqarası fəalları - Emin Milli, Orduxan Teymurxan, Tural Sadiqli, Məhəmməd Mirzəli, Rafael Piriyev, Həbib Müntəzir və digərləri müticəsinə daşıyırlar.

Maliyyə maqnatı rolunda çıxış edən "Quska"nın ilkin olaraq Emin Milliyə 50 min, Orduxan Teymurxana isə 22 min avro vəsait ayırdıgı bildirilir.

Bu arada Azərbaycan dilindən yalnız söyüş söymək üçün istifadə etdiyini həyasızcasına bəyan edən və bu yaxınlarda ABŞ-ın NED təşkilatından qrant almış Leyla Yunusun da başıpozuqların maliyyə dəstəkçisi rolunda çıxış etməsi barədə məlumatlar var.

Azərbaycan siyasətinin əxlaqsızlıq simvolu olan keçmiş deputat Hüseyn Abdullayev bu şəbəkəyə maliyyə ayırıbmış.

“Quska” o buqələmun siyasət adamıdır ki, vaxtilə müxalifətçiləri öz adamlarına döydürüb. İndisə müxalifətin qəhrəmanına, liderinə çevrilərək iqtidara qarşı iyrənc kampaniyaya start verib.

Hər kəsə məlumdur ki, Hüseyn Abdullayevin özünün qanunsuz dəstəsi var idi. Yaxın ətrafının məlumatına görə, 300 nəfərdən ibarət dəstə saxlayırdı, guya mitinqləri dağıdırdılar.

Əslində isə qanunsuz işlər görürdülər, adam döyürdülər, "Razborka"lara gedirdilər, kommersantları döyüb pullarını alırdılar.

Elə «Quska" ləqəbini də həmin dövrdə götürüb. Yəni, indi car çəkib qanundan, haqdan, ədalətdən danışan Hüseyn Abdullayev vaxtiylə ən böyük cinayət əməllərinin başında dayanırdı.

Onun xarakterində də ciddi problemlərin olduğu hər kəsə bəlli idi. Hətta yaxın ətrafı, dostluq elədiyi şəxslər də bunu etiraf edirlər.

Bir müddət öncə həbsdən çıxan keçmiş polis rəisi, Hüseyn Abdullayevin dostu olan Müşfiq Mədətov onunla bağlı ilginc məlumatları ictimaiyyətə çatdırıb.

Onun sözlərinə görə, H.Abdullayevin ən əsas özəlliklərindən biri satqınlıq olub: «Mən o vaxt Rza İbadovu döyəndən sonra o, Hüseyn Abdullayevlə gedib indiki prezidentimizin qəbuluna girmişdi.

Onlar İlham Əliyevə deyiblər ki, Müşfiq Mədətov Rəsul Quliyevin tərəfdarıdır, rəsulçudur, sizə qarşıdır, daha nələr. Yəni dalımca danışmışdılar.

Allah sonda kimin kim olduğunu göstərdi. Sonradan hər ikisi - həm Rza İbadov, həm də Hüseyn Abdullayev dövləti satdılar. İndi ikisi də gedib Rəsul Quliyevlə oturub-dururlar.

Bu dövlətdən pul qazanan "Quska", yəni Hüseyn Abdullayev deputat olmuşdu. "Quska"nı deputatlıq mərtəbəsinə gətirən adamı da sonralar sıxışdırırdılar ki, sən bunu gətirib bizə problem elədin”.



Baxış sayı: 150