SON XƏBƏRLƏR
loading...
Dövlət Avtomobil Nəqliyyat Xidmətinin əməkdaşları qadın sürücünü döydülər — VİDEO / YENİLƏNİB

Dövlət Avtomobil Nəqliyyat Xidmətinin əməkdaşları qadın sürücünü döydülər — VİDEO / YENİLƏNİBHadisə Nərimanov rayonu, N.Hacıyev küçəsi 80-nin qarşısında qeydə alınıb.
"SONOLAY.İNFO" “Ölkə.Az”a istinadən xəbərinə görə, Dövlət Avtomobil Nəqliyyat Xidmətinin 2 əməkdaşı “Daewoo Damas” markalı yük avtomobilinin sürücüsü Faliyya Şaydulinanı döyüblər.

Sürücü qadın ərazi üzrə 17-ci polis bölməsinə şikayət edib. İlkin araşdırmalar zamanı məlum olub ki, qadın qanunsuz yükdaşıma ilə məşğul olub. Ancaq nəqliyyat xidmətinin əməkdaşları qadına zor tətbiq edibərək avtomobili əlindən almaq istəyiblər, bu zaman tərəflər arasında mübahisə düşüb və F. Şaydulinaya müxtəlif bədən xəsarətləri yetiriblər.

Faktla bağlı polis bölməsində təhqiqat arşdırmalarına başlanılıb. Hadisəni törədən şəxslərdə artıq müəyyənləşdirilib.

Məsələ ilə bağlı Dövlət Avtomobil Nəqliyyat Xidməti saytımıza müraciət edərək mövqeyini bildirib. Xidmətin mövqeyini və video çarxı təqdim edirik.
“Yazıda adı keçən sürücü qanunsuz yük daşıma ilə məşğul olduğu üçün Dövlət Avtomobil Nəqliyyat Xidmətinin əməkdaşları tərəfindən xəbərdarlıq edilib və hadisə əməliyyat çəkilişi kimi qeydə alınıb. Həmin videonu məlumat və hadisəyə real qiymət verə bilməniz üçün konfidensiallıq qorunmaq şərti ilə təqdim edirik”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, Dövlət Avtomobil Nəqliyyatı Xidməti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tabedir.



Baxış sayı: 157