SON XƏBƏRLƏR
loading...
Şeyxə olunan XƏYANƏT - QMİ rəisini kimlər və necə aldadıb?

Şeyxə olunan XƏYANƏT - QMİ rəisini kimlər və necə aldadıb?Ölkəmizdə şəhərətrafı qəsəbələrdə yerləşən və əhali tərəfindən az istifadə edilən, eləcə də rəsmi din xadimi təyin edilməmiş məscidlərə radikal dini qrupların nüfuz etməsi hələ də problem olaraq qalır. Bu radikal dini qruplar həmin ibadət evlərini öz nəzarətləri altına almaq, mütəmadi olraq bu məscidlərdə dini söhbətlər yolu ilə təbliğatlarını qurmaq istiqamətində iş aparırlar.
Doğrudur, həmin məscidlərdə yaranmış vəziyyəti, radikal qruplara qarşı həyata keçirilən tədbirlərin dövlətin dindarlarla münaqişəsi kimi qələmə verilməməsi üçün ehtiyatlı, lakin qəti addımların atılmasının zəruriliyi nəzərə alınaraq aidiyyati qurumlar birgə lazımi tədbirlər həyata keçirirlər. Lakin müşahidələr göstərir ki, bu tədbirlərin səmərəsini azaldan subyektiv səbəblər (səbəbkarlar) də vardır. Həmin subyektlər bu sahədə hüquqi təşkilati - münasibətləri tənzimləyən qurumlarda - Qafqaz Müsəlmanları Ruhani İdarəsində və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində yer alan bəzi şəxslərdir.
Orientasiyası ciddi şübhələr doğuran qruplardan biri də Qaraçuxur qəsəbə məscidinin dini icmasıdır, həm də axundu. Etibarlı mənbədən Sonolay.info-ya verilən məlumatlara görə attestasiyadan keçməmiş olan axund İlyas Nəzərov ruhi-psixi xəstəlik səbəbindən hərbi xidmətdə olmayıb. Amma nə qədər qəribə görünsə də bu naqisliyi onun dini təbliğatla məşğul olmasına mane olmayıb. Bildirilir ki, İlyasın icması QMİ rəisinin aldadılması yolu ilə yaradılıb. Məlumata görə, İ. Nəzərovun "qoruyucu mələyi" olan QMİ-nin rəis müavini Əlirza Qafarlı qondarma icmanın kağız-kuğuzunu başqa sənədlərin arasında hacı Allahşükür Paşazadənin masasına yatırıb və arakəsməyə salaraq imzalatdırıb. O da deyilir ki, axundun digər bir havadarı da dövlət Komitəsinin Bakı şəhərindəki dini icmalar üzrə kuratoru Anar bəydir. Təbiidir ki, adları çəkilən şəxslərin Qaraçuxur məscidinin axundu İlyas Nəzərovu himayədarlıqları əvəzsiz deyildir. Ya, onlar bunu təmənna qarşılığında edirlər, ya da umacaqları nəsə başq şeydir. Əldə etdiyimiz informasiyaya görə, vaxtı ilə dəlixana sakini olan, bu gün isə özünə hacısı, axund imici yaradan İlyas Nəzərov icma rəhbəri kimi təsdiqlənən ərəfədə səhhət durumundakı nöqsanı gizlətmək üçün 7000, icma yaratmaq üçünsə 10000 manatından keçməli olub. Çoxdan müşahidə olunub ki, icma üzvləri gecələr məscidə yığışaraq xəlvət müzakirələr aparırlar.
Şeyxə olunan XƏYANƏT - QMİ rəisini kimlər və necə aldadıb?Müzakirələrin hansı yöndə getdiyi aydın olmasa da, icmanın İran meylli olmasına ipucu verən əlamətlər mövcuddur. Belə ki, icma üzvləri müctəhid kimi Ayətullah əl-Uzma Şeyx Vəhid Xorasaninin fətvalarına inanırlar. Məhz iranlı ayətullahın dəftərindən Niyazın icmasına maliyyə vəsaiti gəldiyi də aldığımız xəbərlər sırasındadır.
Məscidə yığılan nəzirlərin, ianə kimi verilən xalça və gəbələrin hesabı şəffaf aparılmır. Toplanan vəsait məscidin abadlığına, məscidə pənah gətirən yoxsul və aztəminatlı adamlara deyil, məxfi işlər üçün xərclənir. Məsciddən götürülən cənazələrin sayı gizlədilir, alınan pullar mənimsənilir. Bildirilir ki, Niyaz özünə simsar adamların adını mürdəşir (ölüyuyan) kimi rəsmiləşdirib məvaciblərini özünə götürür. Hətta o da qeyd olunur ki, hacı İlyasın məscidində bükülən ölülərin kəfənlərindən də kəsirlər. Əlbəttə, İ. Nəzərov ölü yiyələrini, mömin bəndələri, qanunu bir müddət aldada bilər, amma Allah hər şeydən agahdır. Bu kəfən oğrusunu ifşa etmək üçün əlimizdə olan digər informasiyaları da araşdırmalarımızın sonunda oxucularla bölüşəcəyik.
Sonolay.info



Baxış sayı: 451