SON XƏBƏRLƏR
loading...
Paytaxt çəkişməsi: Cavid Qurbanovun şəhər meri arzusu daşa dəydi - Detallar

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısı postu boş qalan sonuncu yerdir. Bu posta hələ də təyinat olmayıb. Hacıbala Abutalıbovun yerinə kimin gətiriləcəyi sirr saxlanır.
Paytaxt çəkişməsi: Cavid Qurbanovun şəhər meri arzusu daşa dəydi - Detallar
“Azərgold” QSC rəhbəri Zakir İbrahimovun Bakı meri olacağı haqda məlumatlar gəzir.

Amma bu posta ən çox iddialı olan məmurlardan biri də deputat, “Azərbaycan Dəmir Yolları” QSC rəisi Cavid Qurbanovdur. C.Qurbanov BŞİH rəhbəri olmaq üçün dəridən-qabıqdan çıxır.

Bir neçə gün əvvəl onun mer təyin olunması xəbəri çıxsa da, rəsmi təsdiqi olmadı. C.Qurbanovun mer gətirilməsi məsələsi 4 il öncə gündəmə gəlmişdi.

"Yeni Müsavat" yazırdı ki, H.Abutalıbovun indiyədək əvəzlənməməsi isə təkcə hakimiyyətin onun yerinə özü üçün ən uğurlu saydığı kadrı müəyyənləşdirə bilməməsi ilə bağlı olmayıb.

Paytaxtda aparılan və tez-tez meri hədəfə çıxaran işlərin böyük hissəsinin H.Abutalıbovun zamanında görülməsi məqsədəuyğun sayılıb.

Yəni Bakıdakı əksər qara və qanunsuz işlərin məsuliyyəti H.Abutalıbovun ayağına yazılır və indiki mer vəzifədən alınarkən bu günahları da özü ilə aparır. Bu səbəbdən də H.Abutalıbovun vəzifədən alınması prosesi bir qədər uzanıb.

Son vaxtlarda hakimiyyət daxilində mövqeləri kifayət qədər möhkəmlənən və önə çıxan C.Qurbanov yuxarılarda indiyədək adı mer postuna namizəd kimi gündəmə gələn məmurlardan daha uğurlu variant hesab edilib.

Bu məsələ barədə kifayət qədər məlumatlı olan şəxsin dediyinə görə, artıq C.Qurbanovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə gətirilməsinə razılıq verilib.

C.Qurbanov özü də bu posta gətiriləcəyindən məmnundu və ölkə rəhbərliyinə ona göstərilən etimadı doğruldacağına söz verib.

SONOLAY.İNFO bildirir ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti QSC rəhbəri Cavid Qurbanov haqqında yayıılan məlumatlara münasibət bildirib.

QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın yaydığı məlumatda bildirilir ki, bu barədə məlumatlar həqiqəti əks etdirmir.

"Aprel ayının 11-də ölkəmizdə keçirilən prezident seçkiləri Azərbaycan xalqının Ulu öndər heydər Əliyevin siyasi kursuna inam və etibarını nümayiş etdirdi.

Bu seçkilərdə xalq yekdilliklə həmin siyasi kursun yayiqli davamçısı İlham Əliyevə və onun əməli mübarizəsinə səs verdi.

Hazırda dövlət strukturlarında qətiyyətli islahatlara start verən dövlət başçısı əsaslı kadr islahatları aparır ki, bu da cəmiyyətimiz tərəfindən maraq və razılıqla qarşılanır.

Çox təəssüf ki, bu addımlara bəzi mətbu orqanlarında yersiz münasibətlər ortaya qoyulur. Adı heç bir dəyişiklikdə nəzərdə tutulmayan kadrların işgüzar imicinə müdaxilələr olur.

Hətta bu sırada son günlər bəzi saytlarda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun da adı hallandırılır. Məlumat üçün bildirim ki, bu şayiələr özündə heç bir həqiqəti əks etdirmir.

Belə məlumatı yayanlar isə insanlar arasında məqsədli şəkildə çaşqınlıq yaradırlar. Ölkəmizdə söz, mətbuat azadlığı üçün yaradılan şəraitdən sui istifadə etmək heç bir KİV-in adına hörmət gətirməz.

Əvvəla onu qeyd edim ki, Cavid Qurbanov Dövlət başçısının etimadı ilə 2015-ci ildə “Azərbaycan Dəmir Yolları” QSC-nə rəhbər təyin olunub və burada əsaslı islahatlar aparılmasına, iş əmsalının artmasına, bu məsuliyyətli sahənin imicinin möhkəmlənməsinə nail olub.

O ki, qaldı Cavid Qurbanovun hansısa başqa vəzifəyə təyin olunmasına, bu, ölkə başçısının səlahiyyətinə daxil olan məsələdir və kimlərinsə bu haqda fikir yürütməsi doğru deyil", - deyə məlumatda bildirilir.

Bu açıqlamadan ik izah var: ya Qurbanov mer gedir və istəmir sərəncama qədər haray-həşir qopsun, ya da onun arzusu daşa dəyib, mənasız müzakirələrdə adının çəkilməsinə qarşıdır.



Baxış sayı: 522