SON XƏBƏRLƏR
loading...
Rusiyanın ABŞ-dakı səfiri Trampın müşaviri ilə görüşüb

Rusiyanın ABŞ-dakı səfiri Trampın müşaviri ilə görüşübVaşinqtonda Rusiyanın ABŞ-dakı səfiri Anatoliy Antonov və ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton arasında görüş olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, tərəflər iki ölkə arasında münasibətləri müzakirə ediblər.

“Görüş konstruktiv mühitdə keçdi. Biz iki ölkə arasındakı əsas qıcıqlandırıcı məsələləri, həmçinin regional və qlobal təhlükəsizliyin bəzi aspektlərini müzakirə etdik”, deyə rusiyalı diplomat qeyd edib.



Baxış sayı: 89