SON XƏBƏRLƏR
loading...
“Heydər Əliyevin siyasi müdrikliyi ona ölkədə və xaricdə böyük nüfuz qazandırıb” – Putin

“Heydər Əliyevin siyasi müdrikliyi ona ölkədə və xaricdə böyük nüfuz qazandırıb” – Putin“Heydər Əliyevin siyasi müdrikliyi və böyük təşkilatçılıq qabiliyyəti ona ölkədə və onun sərhədləri xaricində böyük nüfuz qazandırıb”.

“Report” xəbər verir ki, bu sözlər Rusiya Prezidenti Vladimir Putinin müraciətində yer alıb.

Müraciəti “Heydər Əliyev: Şəxsiyyət. Missiya. İrs” adlı Rusiya-Azərbaycan tarixi-sənədli sərgisinin açılış mərasimində Rusiya prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov oxuyub.

Müraciətdə həmçinin Heydər Əliyevin ölkənin inkişafı üçün Rusiya ilə konstruktiv tərəfdaşlıq, mehriban qonşuluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlıq qurulmasının əsas şərtlərdən hesab etdiyi vurğulanıb.

“Bu gün bu siyasəyi hazırkı prezident İlham Əliyev layiqli şəkildə davam etdirir”, – Rusiya prezidentinin müraciətində deyilir.

Sərginin açılışında həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin müraciəti oxunub. Müraciəti Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov oxuyub.

Müraciətdə qeyd olunur ki, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin təcrübəsi və təşkilati bacarığı ona çətin dövrdə müstəqil Azərbaycana başçılıq etməyə imkan verib. Eyni zamanda, Azərbaycan və Rusiya arasında strateji xarakter daşıyan sıx əməkdaşlığın qurulmasında da Heydər Əliyevin xüsusi əməyi böyükdür.

“Ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq qurulub, əminəm ki, sərgi mehriban qonşuluq münasibətlərinin inkişafına töhfə verəcək”, – Prezident İlham Əliyevin müraciətində deyilir.

Qeyd edək ki, bu gün Bakıda açılan sərgi Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilib. Orada Rusiya və Azərbaycan tarixçiləri və arxivçilərinin Heydər Əliyevin həyat və fəaliyyəti haqqında topladığı materiallar təqdim edilir.



Baxış sayı: 40