SON XƏBƏRLƏR
loading...
Polis və Milli Təhlükəsizlik Xidmətinin rəhbərləri işdən çıxarıldı - Təyinatlar

Polis və Milli Təhlükəsizlik Xidmətinin rəhbərləri işdən çıxarıldı - TəyinatlarErmənistanda Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Georgi Kutoyan vəzifəsindən azad edilib.

Bununla bağlı Ermənistan prezidenti Armen Sarkisyan sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə Ermənistan polisinin rəisi Vladimir Qasparyan tutduğu vəzifədən azad edilib.

***
Ermənistan prezidenti Armen Sarkisyan baş nazir Nikol Paşinyanın təklifi ilə polis və Milli Təhlükəsizlik Xidmətinə (MTX) yeni rəhbərlər təyin edib.
A.Sarkisyanın fərmanına əsasən, Ermənistan polisinin rəisi vəzifəsinə Yerevan polisi rəisinin sabiq müavini Valeri Osipyan, MTX direktoru postuna isə xidmətin paytaxt üzrə idarəsinin rəis müavini Artur Vanetsyan təyin edilib.

Nikol Paşinyan "Facebook”-da dərc etdiyi video müraciətində bildirib ki, MTX-nın yeni rəhbəri əsas diqqətini gömrük sistemindəki nöqsanların aradan qaldırılmasına yönəltməlidir.

Onun sözlərinə görə, güc strukturlarındakı korrupsiya ilə mübarizə çox sürətlə aparılmalıdır. O qeyd edib ki, bu məsələ MTX və polis rəhbərlərinin əsas vəzifələrindən biri olmalıdır.

APA



Baxış sayı: 199