SON XƏBƏRLƏR
loading...
Nazirlikdən XƏBƏRDARLIQ: "Bu şəxslər 25 min manat cərimələnəcəklər"

Nazirlikdən XƏBƏRDARLIQ: "Bu şəxslər 25 min manat cərimələnəcəklər" "Bu şəxslər 25 min manat cərimələnəcəklər"Ekologiya və Təbii Sərvətlər Nazirliyində atmosfer havasında zərərli maddələrin təsiri ilə bağlı mətbuat konfransı keçirilib. Konfransda bildirilib ki, ictimai-iaşə obyektlərinin fəaliyyəti zamanı ayrılan tüstünün, qazların və iy-qoxunun yayılması atmosfer havasını zərərli maddələrin təsirinə məruz qoyur, ətrafdakılara neqativ təsir göstərir

Nazirliyin sözçüsü İradə İbrahimova bildirib ki, bununla bağlı son vaxtlar nazirliyə sakinlər tərəfindən çoxsaylı müraciətlər daxil olur:

"Xüsusən də, şənbə və bazar günlərində qoxu ilə müşayiət olunan tüstü yayılır ki, bu da insanlarda diskomfort yaradır".

Daha sonra jurnalistlərə məlumat verən Ekoloji təbliğat şöbəsində ictimaiyyətlə əlaqələr və təbliğat sektorunun müdiri Umayra Tağıyeva bildirib ki, atmosfer havasının mühafizəsi üçün bəzi şadlıq evləri və ictimai iaşə obyektlərində müasir standartlara cavab verən qurğu və avadanlıqlar qurulmalıdır:

"Nazirliyin vəzifəsi əhalini narahat edən bütün problemlərlə maraqlanmaqdır. Belə də edirik. Fərqi yoxdur ki, problem böyük şəhərə və ya kiçik bir ərazisiyə aiddir. Məsələ varsa, həll olunmalıdır. Şadlıq evləri və ictimai iaşə obyektlərinin fəaliyyətində müəyyən funksiyalar var. Obyektlərin çoxalması insanlara mənfi təsir edir. Bu ziddiyyətləri aradan qaldırmaq üçün nazirlik müvafiq işlər görür".

Ətraf mühitin mühafizəsi departamentinin əməkdaşı Kənan Kərimli zərərli qaz birləşmələrdən hava nümunələri götürüldüyünü bildirib:“Şadlıq evləri ətrafında yoxlamalar aparılır. Şadlıq evlərində müasir avadanlıqların qurulması üçün bu iaşə obyektlərinin sahiblərinə müvafiq məktublar göndərilib”.

Ətraf mühit üzrə Milli Monitorinq departamentinin əməkdaşı Cəlayir Səmədov bildirib ki, havada yanma məhsullarının miqdarı normadan dəfələrlə çox olub: “Karbon monooksidin miqdarı 12, kükürdördoksidin miqdarı normadan 4 dəfə çox müşahidə edilib. Bu iaşə obyektərində istifadə eidlən avadanlıqlar yenilənərsə, karbon monooksidin miqdarı tamamilə azala bilər”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühit üzrə Milli Monitorinq departamentinin əməkdaşı Mirsalam Qəmbərov bildirib ki, ötən həftə paytaxtın Sabunçu, Xətai, Səbail və bir sıra ərazilərdə atmosferdə kəskin qoxu müşahidə edilib və bu da insanlara mənfi təsir göstərib. Bununla bağlı müvafiq təşkilatlara xəbərdarlıq etmişik.

Aparılan monitorinq nəticəsində şəhərin bir sıra ərazilərində kəskin qoxu yayıldığı müəyyənləşib: “Mayın 4-də nazirliyin müvafiq qurumları tərəfindən bununla bağlı araşdırma aparılıb. Müəyyən etdik ki, pis qoxu şəhərin müvafiq nöqtələrində dörd yerdə daha kəskin yayılıb. Bu bilavasitə Neft Emalı Zavodu və onun əhatə dairəsinə aid olan ərazilərdir. Havanın isti və rütubətin normaya uyğun olmaması bu maddələrin daha çox yayılmasına səbəb olub. Neftayırma zavodunun əməkdaşları prosesin onlarda baş vermədiyini deyir. Mənbədən alınan tullantı texnologiyaya uyğun ola bilər.

Lakin atmosferə atılanda bu atmosfer havası üçün zərərli olur. Ayrılan tullantıların atmosfer havası üçün zərərsiz olması üçün bütün lazımi tədbirlər görməkdə istehsalçı müəssisələr öhdəlik daşıyır. Qanunverciliyin tələbi pozulursa, qanunamüvafiq tədbir görülməlidir. Buna uyğun protokol tərtib edilib. İşçi qrupumuz hazırda pis qoxu yayılan ərazilərdə ətraf mühitə vurulan ziyanı hesablayır, yaxın günlərdə bu rəqəm açıqlanacaq”.

Nazirliyin Ətraf mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova bildirib ki, restoranlardan havaya atılan tüstünün aradan qaldırılması üçün sahibkarlara və müvafiq icra hakimiyyətinə müraciət etmişik: “Restoran sahibləri problemin aradan qaldırılması üçün bizdən yardım istəsələr, onlara köməklik göstərməyə hazırıq. Onlara rəsmi surətdə məktub göndərilib. Bildirilib ki, qısa zamanda problem aradan qaldırılmalıdır”.

M.Avazova onu da vurğulayıb ki, ötən əsrin 60-ci illərindən Ekologiya və Təbii Sərvətlər Nazirliyində komissiya fəaliyyət göstərir: "Komissiya Bakıda daha çox monitorinqlər aparır. Sənaye müəssisələrinin sayı artır, kiçik sahibkarlıq inkişaf edir. Bunu nəzərə alaraq monitorinqlərdə ciddi dönüşlər aparmışıq. Proqramımızdan əlavə atmosfer havasındakı iy-qoxu ilə bağlı çoxsaylı monitorinqlər aparılıb. Artıq bəzi regionlarda müşahidə olunan qoxunun miqdarında azalma var”.

Ətraf mühitin mühafizəsi departamentinin əməkdaşı Kənan Kərimli isə vurğulayıb ki, qanunvericiliyin tələblərini pozan iaşə sahiblərinə qarşı İnzibati Xətalar Məcəlləsinin 237.2 maddə müvafiq tələblərinə uyğun olaraq tədbirlər görüləcək. Ətraf mühitə buraxılan tullantıların təmizlənməsi, aparatlardan istifadə edilməməsinə görə fiziki şəxslər 600 manatdan 25 min manata qədər, hüquqi şəxslər 20-25 min manat cərimələnməsi nəzərdə tutulub”.



Baxış sayı: 223