SON XƏBƏRLƏR
loading...
Ramin Məhəmmədoğlu: “POLİS POLİSƏ İNANIR, FAKTA YOX” – Balakişi Əhmədovun alayında növbəti özbaşınalıq

Ramin Məhəmmədoğlu: “POLİS POLİSƏ İNANIR, FAKTA YOX” – Balakişi Əhmədovun alayında növbəti özbaşınalıq“Hərəkət iştirakçılarına törətmədikləri inzibati xətaya görə cərimə porotokolları yazılır” sərlövhəli məqaləmizin qayəsini təşkil edən məsələ necə deyərlər, “ölü nöqtə”dən tərpənib. Yol hərəkəti qayda pozuntusu üzrə baş redaktorumuz Ramin (Qurbanovun) Məhəmmədoğlu barəsində tərtib edilmiş xüsusi texniki vasitənin köməyi ilə “aşkar edilmiş” inzibati xəta haqqında elektron protokolların araşdırılması ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə ünvanladığımız müraciətə baxılmışdır.
Bu barədə BDYPİ-nin Yol Patrul Xidməti Alayının komandirinin R.Qurbanova ünvanladığı 30.04.2018-ci il tarixli məktubda qeyd olunub: “…Bildiririk ki, qaldırdığınız məsələ müsbət həllini tapmış, barənizdə tərtib edilmiş … elektron protokollar üzrə inzibati tənbeh tətbiq etmə haqqında qəbul edilmiş qərarlar ləğv edilərək, inzibati xəta haqqında işə yenidən baxılması üçün aidiyyati üzrə göndərilməsi təmin edilmişdir”.
Ancaq məktubda Nəvai postunda keşik çəkən 7-ci tağımın əməkdaşı Yaşar Həsənov barəsində hansı tədbir görülməsi barədə məlumat verilmir.
Qeyd edək ki, baş redaktor BDYPİ-nə dəvət edilərək araşdırma aparılarkən YPX Alayının komandiri Balakişi Əhmədovun köməkçisi Əli müəllim ona qanunsuz protokol tətbiq edən Y. Həsənovu da dəvət edərək üzləşdirmə aparıb. Üzləşmə zamanı polis kapitanı Yaşar Həsənov baş redaktorun üzünə haqq nahaq dayanıb ki, güya xidmət etdiyi Nəvai postunda onun avtomobilini saxlayıb, müxtəlif vaxtlarda “MMX” radara düşməsi barədə müşahidə formasında yazılı bildirş verib.
Əli hər yerdən üzülən baş redaktor inspektoru dinlədikdən sonra, ona təklif edib ki, yalan danışmadığına əmindirsə, vicdanına and içsin. Deyib ki, əgər doğrudan da “müşahidə formasında bildiriş” təqdim edilibsə, bunun təsdiqi kimi xidmət edəcək müşahidə kameralarının görüntülərini çıxarsınlar. Lakin Balakişi müəllimin köməkçisi Əli müəllim (Öyrənmişik ki, DYP işçiləri ona “lom Əli” deyirlər) yol polisi inispektorunu müdafiə edərək bildirib ki, “mən polisimə inanıram, sənə yox”.
Baş redaktor vəziyyətdən anlayıb ki, BDYPİ onun müraciətini heç də obyektiv şəkildə araşdırmayacaq və özü dediyi kimi, “üzüsulu” otağı tərk eləyib.
Alay komandirinin köməkçisinin sözündən belə çıxıb ki, guya jurnalist yol polisini şərləyir. Sonradan isə ünvanına məzmunu yuxarıda göstərilən məktubu göndərib. Belə olduğu halda ortaya haqlı bir sual çıxır: Həqiqətən də YPX əməkdaşı Yaşar Həsənov qanunsuzluq etməyibsə, onda nə üçün tərtib edilmiş protokollar ləğv edilib? Yox, əgər qanunsuzluğa qol qoyubsa, bəs onda BDYPİ rəhbərliyi onun barəsində hansı ölçünü götürüb?
Ramin Məhəmmədoğlu: “POLİS POLİSƏ İNANIR, FAKTA YOX” – Balakişi Əhmədovun alayında növbəti özbaşınalıq



Baxış sayı: 66