SON XƏBƏRLƏR
loading...
Muxtar Babyev islahata başlayır - Rövşən Cəlilov gedir

Muxtar Babyev islahata başlayır - Rövşən Cəlilov gedirNazirliklərdə baş verən kadr islahatının Ekologiya və Təbii Sərvətlər naziriliyində çatdığı bildirilir.

Bu barədə SONOLAY.İNFO-ya verilən məlumatda qeyd edilir ki, yeni təyin edilmiş Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev növbəti həftədən kadr islahatına start verəcək. Nazirlik içindən verilən məlumatda bildirilir ki, Muxtar Babayevin vidalaşcağı ilk kadrlardan biri sələfi Hüseynqulu Bağırovun ən yaxın adamlarından olan, nazirliyin Aparat rəhbəri Rövşən Cəlilovdur.

Məlumata görə, artıq Rövşən Cəlilova könüllü şəkildə ərizəsin yazması barədə tövsiyyə edilib.

Qeyd edək ki, uzun müddətdir Ekologiya və Təbii Sərvətlər nazirliyində Aparat rəhbəri vəzifəsini icra edən Rövşən Bağırov eks nazir Hüseynqulu Bağırovun ən yaxın kadrlarından biri idi. Hətta nazirdən sonra qurumun ikinci “nazir”i adlandırılan Rövşən Cəlilov bir məsələlərə cavabdehlik daşıyırdı.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.



Baxış sayı: 175