SON XƏBƏRLƏR
loading...
Rusiya ermənilərin istəyini yerinə yetirdi: - tədbir ləğv edildi

Rusiya ermənilərin istəyini yerinə yetirdi: - tədbir ləğv edildiAmerikalı tarixçi Edvard Eriksonun “Türklər və ermənilər: Qiyamçılarla mübarizənin tədqiqatı” kitabının Moskvada təqdimatına izn verilməyib.

Kult.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyada yaşayan erməni jurnalist Aram Xaçaturyan deyib. Onun sözlərinə görə, kitabın bu gün nəzərdə tutulan təqdimatı erməni diasporunun fəaliyyəti nəticəsində ləğv edilib:

“Biz Baş Prokurorluq və İstintaq Komitəsinə etirazımızı yolladıq. Rusiya tərəfinin mövqeyini alqışlamaq lazımdır. Onlar tarixi faktların təhrifinin piarına izn vermədilər”.

Xaçaturyan bu kitab təqdimatını Qərbin Rusiyada apardığı xüsusi əməliyyat kimi dəyərləndirib.

Qeyd edək ki, Edvard Erikson ABŞ ordusunun ehtiyatda olan zabitidir. O, Fars körfəzi müharibəsində iştirak edib, NATO-nun nümayəndəsi kimi İzmir, Neapol və Sarayevoda çalışıb. O, bundan öncə “erməni soyqırımı” yalanlarına qarşı kitablar dərc etdirib. Kitablarında ermənilərin XX əsrin əvvəllərində Moskvanın “beşinci kolonu” olduğunu və buna görə də onlara qarşı sərt tədbirlər görülməsi lazım olduğunu deyib.



Baxış sayı: 111