SON XƏBƏRLƏR
loading...
Şəhid qızını öldürən Rəhimovlar indi iş adamlarını hədələyirlər

Şəhid qızını öldürən Rəhimovlar indi iş adamlarını hədələyirlər“Yeganə” şadlıq sarayının rəhbəri borcunu qaytarmamaq üçün şantaj yolunu seçib
Bir müddət əvvəl “Yeganə” Şadlıq Sarayının rəhbəri Akif Rəhimovun işbirliyi qurduğu vətəndaşları hədələməsi və şantaj etməsi barədə Realliq.info saytı qısa məlumat vermişdi.
Sayt iddia edir ki, Akif Rəhimov qanunsuz əməllərindən sığortalanmaq üçün Prezidentin əmisi oğlu İlqar Əliyevin şəriki olduğunu önə çəkir və gördüyü işləri onun adı ilə bağlayır.
Realliq.info – ya daxil olan məlumatda qeyd olunanların araşdırılması zamanı rast olduğumuz faktlar da Akif Rəhimov və onun qohumlarının özbaşınalığını tam çılpaqlığı ilə üzə çıxarır.
İlk olaraq qeyd edim ki, “Yeqanə” Şadlıq sarayı Akif Rəhimov və onun qardaşı Məmməd Rəhimovun şərikli obyektidir. Bununla yanaşı qardaşların Bakıda “Səmayə” şadlıq sarayı və bir sıra obyektləri var. Qardaşların hazırda sadə vətəndaşları aldadaraq onlara olan borclarını qaytarmaması ilə bağlı səslənən fikirlər tam təsdiqini tapıb.
Şəhid qızını öldürən Rəhimovlar indi iş adamlarını hədələyirlər
Araşdırmalar zamanı məlum olub ki, Akif Rəhimov “Yeganə” Şadlıq sarayında toy məclisləri üçün bir ildən artıqdır ki, sifariş etdiyi dəvətnamələrin pulunu verməyib. Yığılmış 250 min manat borcu qaytarmayan A.Rəhimov pulunu tələb edən iş adamını indi müxtəlif qanunsuz üsullarla susdurmağa başlayıb. Belə ki, şadlıq sarayının rəhbəri toy dəvətnamələrini sifariş etdiyi firmanın əməkdaşlarını şantaj etməklə və polisin təzyiqi altında saxlamaqla hədələyir. Onları həbs etdirəcəyini bildirən Akif Rəhimov bu işdə ona, Prezidentin əmisi oğlu İlqar Əliyevin yardım etdiyini qeyd edir. Qeyd edək ki, Akif və Məmməd Rəhimovlar bütün qanundankənar fəaliyyətlərini İ.Əliyevin adı ilə bağlayırlar. Onlar vergidən yayınma, vətəndaşları hədələmə və digər bu kimi qanunsuz fəaliyyətlərində Prezidentin qohumunun adını çəkməklə məqsədlərinə çatmaqdadırlar.

2017-ci il noyabrın 8-də Bayraq meydanının yaxınlığında baş verən dəhşətli hadisə də buna misal ola bilər. Qeyd olunan tarixdə Akif Rəhimovun 17 yaşlı oğlu R. Rəhimov “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub və piyada vəfat edib. R. Rəhimov isə hadisə yerindən qaçıb.

Şəhid qızını öldürən Rəhimovlar indi iş adamlarını hədələyirlərR. Rəhimova Cinayət Məcəlləsinin 263-1.3 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham irəli sürülüb.

Şəhid qızını öldürən Rəhimovlar indi iş adamlarını hədələyirlərHadisədən 20 gün keçəndən sonra o, noyabrın 29-da saxlanılaraq ifadəsi alınıb və sərbəst buraxılıb, Dekabrın 4-də isə şübhəli şəxs qismində tutularaq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Qəza zamanı vəfat edən, 3 uşaq anası olan K.Əkbərova şəhid Elton Əkbərovun qızıdır.
Şəhid qızını öldürən Rəhimovlar indi iş adamlarını hədələyirlər
Bundan sonra Akif Rəhimov istintaq aparan müstəntiqi şərləyərək işin ondan alınmasını bacarıb. İstintaqda verilmiş ifadələr və Rəhim Rəhimovun hadisə yerindən qaçması ilə bağlı faktları saxtalaşdırmağa cəhd edən Akif Rəhimovun hazırda iş adamlarını hədələməsi və bu kimi qanunsuzluqda İlqar Əliyevin adını çəkməsi Realliq.info olaraq bizim də narahatçılığımıza səbəb olub.

“Xırdalan Xəz” ASC-nin və “Yeganə” şadlıq sarayının rəhbəri olan Akif Rəhimovun qanunsuz əməllərinin qarşısının alınması artıq şərtə çevrilib. Prezidentin dəfələrlə: “Məmurlar və iş adamlarının uşaqları qudurğanlıq etməməlidir” –kimi tapşırıqlarına məhəl qoymayanların, qanunun qadağan etdiyi qaydaları ən sərt şəkildə pozanların hüququn sərt üzü ilə cəzalandırılması vacibdir. Əks təqdirdə Akif Rəhimov kimilərin özbaşınalığına şərait genişlənər, onlar və 17 yaşlı övladları daha çox insanın həyatına son verəcək.

“Yeganə” şadlıq sarayı və bir sıra obyektlərin sahibi olan Akif – Məmməd Rəhimov qardaşlarının qanunsuz əməlləri ilə bağlı Realliq.info – nun araşdırmaları davam edir.
Mövzuya qayıdacağıq.



Baxış sayı: 280