SON XƏBƏRLƏR
loading...
Fərəc Quliyevin partiyasının keçmiş deputatlığa namizədi məhkəmə qarşısında - Zorlamaya görə

Fərəc Quliyevin partiyasının keçmiş deputatlığa namizədi məhkəmə qarşısında - Zorlamaya görəBakı Ağır Cinayətlər Məhkəməsində zorlama maddəsi ilə təqsirləndirilən, Milli Dirçəliş Hərəkat Partiyasından deputatlığa namizəd olmuş şəxs hakim qarşısına çıxarılacaq.
“Ölkə.Az”ın xəbərinə görə, cinayət məcəlləsinin 149.2.4-cü (zorlama; zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə) maddəsi ilə təqsirləndirilən Zərbalıbəyli Məsləhət Hacağa oğlunun məhkəmə prosesinə hakim Mayıl Bayramov sədrlik edir.
Qeyd edək ki, 1987-ci il təvəllüdlü Zərbalıbəyli Məsləhət Hacağa oğlu 2015-ci ildə Milli Dirçəliş Hərəkat Partiyası tərəfindən 63 saylı Sabirabad birinci seçki dairəsindən millət vəkilliyinə namizəd olub. İxtisasca hüquqşünasdır.



Baxış sayı: 62