SON XƏBƏRLƏR
loading...
DTX-nın həbs etdiyi Habil Vəliyev azadlığa buraxılır

DTX-nın həbs etdiyi Habil Vəliyev azadlığa buraxılırDTX-nın həbs etdiyi Habil Vəliyev azadlığa buraxılırDövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən həbs edilən və reket fəaliyyətində ittiham olunan “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev yaxın günlərdə azadlığa buraxılacaq.

Bu barədə Demokrat.az-a mötəbər mənbədən məlumat daxil olub.
Məlumata görə, Habil Vəliyevdən şikayətçi olmuş şəxslər, həmçinin məmurlar ona qarşı şikayətlərini geri götürüblər.

Hətta, vaxtilə ondan şikayətçi olmuş bir neçə şəxs məhkəməyə müraciət edərək Habil Vəliyevi bağışlanmasını xahiş edib.

Bütün bunlara görə Habil Vəliyevin yaxın günlərdə azadlığa buraxılacağı istisna edilmir.

Xatırladaq ki, Habil Vəliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı tutulub.

DTX-nın İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.



Baxış sayı: 241