SON XƏBƏRLƏR
loading...
Korrupsioner təhsil müdiri: “Şahin Məmmədovu Allah əmri ilə başa salmaq olmursa, yan dəmiri ilə başa salaram"

Korrupsioner təhsil müdiri: “Şahin Məmmədovu Allah əmri ilə başa salmaq olmursa, yan dəmiri ilə başa salaram"“Solmaz Rəhimova 80.000(min) manat veribsə, mən 100.000(min) verib vəzifəmə qayıdaram”.

Bu sözləri Ağcabədi RTŞ-nin keçmiş müdiri Mehdi Əhmədov deyib. M.Əhmədov işlədiyi illərdə kifayət qədər korrupsiya hüquqpozmalarına yol verib. Məhz elə 2016-ci ilin avqust ayından Baş prokurorluq Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Ağcabədi rayon Təhsil Şöbəsindəki korrupsiya cinayətinə görə(mənimsənilən 897 min manata görə) Mehdi Əhmədova cinayət işi açılıb. Buna baxmayaraq hələ ki, Mehdi Əhmədov azadlıqdadır.
Hətta məclislərin birində Mehdi Əhmədov sərxoş halda “Şahin Məmmədovu Allah əmri ilə başa salmaq olmursa, yan dəmiri ilə başa salaram”- deyərək ətrafdakıları inandırmağa çalışıb. Bütün bunlar bir daha sübüt edir ki, korrupsioner təhsil müdri qisas almaq amalı ilə yaşaylr. Məsələnin digər tərəfi ondan ibarətdir ki, rüşvətlə idarə olunan təhsilin heç bir nailiyyəti ola bilməz. Ələttə ki, korrupsiyaya bulaşan istənilən şəxsin ölkə təhsilinə vurduğu damğa yaddaşdan silinməyəcək.

Apardığımız araşdırmalar nəticəsində məlum olub ki, Mehdi Əhmədov Ağcabədi təhsilinə rəhbərlik etdiyi illər
ərzində haram yollarla qazandığı vəsait hesabına Bakı şəhərində və bir neçə rayonunda özünə mülklər -mənzillər əldə edib. Yasamal rayonunda, Razin və H. Aslanov deyilən ərazilərdə hündürmərtəbəli binalardan aldığı mənzilləri qohumlarının adına sənətləşdirib. Yaxınlarının dediyinə görə, Mehdi müəllim yenidən vəzifəyə qayıtmaq üçün mənzillərdən birini satmağa hazırdır. Təsərrüfatı isə gizli saxlanılır. Keçək əsas məsələyə.

Bu əsnada Dosye.org yazır ki, Ağcabədi RTŞ müdiri Solmaz Rəhimova qarşılıqlı olaraq M. Əhmədova cavab verib. Belə ki, bir zamanlar rüşvət hesabına işlə təmin olunanlar S. Rəhimova tərəfindən orta məktəblərdən uzaqlaşdırılır. Məlum olub ki, benəva müəllimlər M. Əhmədova rüşvət verərək işlə təmin olunublar. Rayonda narazı olan müəllim kütləsi M. Əhmədovun üzərinə gedərək verilən pulu geri tələb edirlər. Bunlardan əlavə M. Əhmədovun “əlaltıları” haqda informasiyalar əldə etmişik. Ağcabədi RİH-də Xəqani adlı şəxs, Rövşən adlı müəllim və orta məktəblərin birində direktor işləyən Elşən adlı müəllim M. Əhmədova məlumatlar ötürür.

Növbəti yazılarımızda keçmiş təhsil şöbəsinin müdiri haqda daha ətraflı məlumat veriləcək. Bizi izləməyi unutmayın.



Baxış sayı: 111