SON XƏBƏRLƏR
loading...
Əsədovaların bəxti gətirmir ki, gətirmir... - Şikəst etdikləri Qarabağ əlili necə susdurulub?

Əsədovaların bəxti gətirmir ki, gətirmir... - Şikəst etdikləri Qarabağ əlili necə susdurulub?Bakı şəhəri Xəzər rayonu, Şaqan qəsəbəsində yerləşən Müharibə Əlilləri üçün Müalicə Pansionatında qəribə hadisə baş verib. Qaş düzəltdikləri yerdə göz çıxarıblar.
Bir neçə gün öncə pansionatda müəlicə alan Laçın rayonundan məcburi köçkün I-ci qrup əlilin müalicə idmanı zamanı ayağının qırıldığı bildirilir.
Verilən məlumata görə, müalicə pansionatının direktoru Pərvanə (Əsədova)Hacıyeva baş vermiş olayı hər vəchlə ört-bastır etməyə çalışır. İş o yerə çatıb ki, Pərvanə xanım vaxtını daha çox hissəsini xəstənin yanında, onun müalicəsinə sərf edir. Bildirilir ki, P. Hacıyeva baş vermiş olaydan yeni nazirə şikayət olunacağından ehtiyat edir.

Hadisənin tam təfərrüatı ilə bağlı daha geniş yazacağıq. Bizi izləyin!

RealMedia.az



Baxış sayı: 158