SON XƏBƏRLƏR
loading...
“ABŞ Türkiyənin qarşısında diz çökdü” – Türkman liderinin Menbiç açıqlaması

“ABŞ Türkiyənin qarşısında diz çökdü” – Türkman liderinin Menbiç açıqlamasıTürkiyənin Menbiçə daxil olması bizim üçün vətənə qayıdış deməkdir. Axar.az xəbər verir ki, bu sözləri Suriya Türkman Məclisinin sədri Məhəmməd Vəcihə Cümə deyib.
“Böyük sevinc yaşayırıq, çünki vətənimizə, doğma torpaqlarımıza qayıdacağıq. Amma unutmayaq ki, “Zeytun budağı” hərəkatı olmasaydı, Menbiç əməliyyatı da olmazdı. PKK Menbiç xalqına zülm edirdi. Türkiyəyə, əsgərlərinə minnətdarıq. Onların sayəsində öz evlərimizə dönəcəyik.
ABŞ PKK-nı dəstəkləyirdi, amma nəhayət ki, Türkiyənin iradəsi qarşısında diz çökdü. Türkiyənin bu əməliyyatı ilə təkcə bölgə terrordan təmizlənməyəcək, həm də Suriyadakı siyasi prosesdə müəyyən irəliləyişlər olacaq”, – o bildirib. Qeyd edək ki, Türkiyə hərbçiləri ABŞ-la razılaşma çərçivəsində Menbiç şəhərinə daxil olub.



Baxış sayı: 74