SON XƏBƏRLƏR
loading...
Laçının təhsil şefi hansı iri fiqurlara aylıq "hesab" verir? - sensasion adlar...

Laçının təhsil şefi hansı iri fiqurlara aylıq "hesab" verir? - sensasion adlar...Laçının Şeylanlı kəndindən məcburi köçkün, Ağcabədinin E.İsmayılov küçəsi, ev 45-də müvəqqəti məskunlaşmış Baxışov Müqabil Baxış oğlu dövlət rəhbərliyinə müraciət edib

Prezidentə, baş prokurora və digər dövlət qurumlarının rəhbərlərinə yazan köçkün Laçındakı özbaşınalıqlardan bəhs edib.

O, yazıb ki, Laçını ağuşuna almış korrupsiya, rüşvətxorluq, yerlibazlıq, qohumbazlıq işlə təmin olunmağını imkansız edib.

"Təhsil və Maliyyə Nazirliklərindəki rüşvəti, korrupsiyanı özləri üçün peşə seçmiş bəzi məmurların himayədarlığı sayəsində Laçın rayonun Təhsil və Maliyyə idarələrini Nicat və Vüsal Həsənov qardaşları bazara döndərib.

Azərbaycan Dövlət İqtisad Universitetini bitirmiş N.Həsənov 2003-2006-cı illərdə Laçın rayon Uşaq-Gənclər İdman məktəbində məşqçi-müəllim, 2006-2016-cı illərdə Laçın rayon Uşaq-Gənclər İdman məktəbin direktoru vəzifəsində çalışmışdır.

Eyni zamanda 2008-2016-cı illərdə Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının Suraxanı rayonu üzrə ictimai əsalarla səlahiyyətli nümayəndəsi vəzifəsində çalışmışdır.

Heç bir fəaliyyəti olmayan bir saxta, yalnız fəaliyyəti papkada olan Laçın Rayon Uşaq -Gənclər idman məktəbinin direktoru işləyən Nicat Həsənov öz daydayılarına arxalanaraq işdən azad olunmadan 2009-cu ildə Dövlət Pedaqoji Universitetinin riyaziyyat və informatika üzrə yenidənhazırlanma təhsilinin diplomunuda əldə edə bilmişdir. Halbuki, onun iş qrafiki əyani təhsil almasına imkan vermirdi", - deyə şikayətdə bildirilir.

SONOLAY.İNFO xəbər verir ki, M.Baxışov təhsil şöbəsindəki vakant vəzifələrin gizlədildiyini yazıb.

Onun sözlərinə görə, Təhsil Nazirliyinin və Laçın rayon İcra Hakimiyyətinin köməkliyi ilə hərraca çıxarılaraq satılır:

"Nicat Həsənov Dövlət qulluğu haqda Qanunun tələblərini pozmaqdan belə çəkinmir. Digər tərəfdən N.Həsənov əsl pedaqoqları təhsil sahəsindən uzaqlaşdırmaqla baza təhsili müəllim olmayan və dolayı yollarla özü kimi yenidən hazırlanmadan diplom əldə etmiş “kadrlara” vəzifə satır.

N.Həsənovun pula hərisliyinin nəticəsidir ki, əksər vəzifələr bir ailənin üzvlərinə satılır.

N.Həsənov məktəb direktoru işləyən yaxın qohumlarına Naxçıvan Muxtar Respublikasında və hətta xaricdə yaşayan şəxslərin adına əmək haqqı yazdıraraq özü mənimsəyir.

İmtahandan keçib Laçın Rayonuna müəllim kimi təyinat almış başqa rayonların sakinləri bir saat da olsun dərs tədris etmədən ayda bir dəfə jurnal yazmaqla staj qazanır və adına yazılmış əmək haqqını N.Həsənova nəzir edir.

Bu alverçi təhsil şefi eyni zamanda Laçın Rayon Maliyyə İdarəsinin müdiri işləyən nurçu qardaşı V.Həsənovla da maxinasiyalar yaradaraq dövlət əmlakını qarət edir.

Rayon məktəblərinə məktəblərin qızdırılması, dəftərxana ləvazimatlarının alınması və inventar və avadanlıqların alınması, cari və əsaslı təmir üçün ayrılmış yüz minllərlə vəsaiti əlbir olaraq mənimsəyirlər.

Nicat Həsənovun özünün dediyinə görə Təhsil şöbəsindən yığdığı pullardan Laçın Rayon İcra Hakimiyyətinin Başçısı A.Nəzərliyə, Laçın Rayon Prokuroru C.Almasova, Prezident Admistrasiyasının kuratoru Ağəli Əhmədova və Təhsil Nazirliyinə aylıq hesab ödəyir".

Yazıda ittiham olunan tərəflərin hər birinin mövqeyini işıqlandıra bilərik.



Baxış sayı: 187