SON XƏBƏRLƏR
loading...
“Azercell”-in bəzi fırıldaqlarını həyata keçirən “Sindibad” şirkəti nədir? – Araşdırma

“Azercell”-in bəzi fırıldaqlarını həyata keçirən “Sindibad” şirkəti nədir? – Araşdırma“Azercell”-in “Sindibad” adlı bir fırıldağı ilə üzləşən vətəndaş Həsən Abdullayev bu istiqamətdə apardığı araşdırmanı Azinforum.az İnformasiya Portalına göndərib. Həmin yazını olduğu kimi təqdim edirik.

” “Azercell” tərəfindən dəstəklənən və “Azercell”in icazəsi ilə müştəriləri aldadaraq, saxta və pul tələsi olan xidmətlərinə xəbərsiz qoşaraq, birbaşa “Azercell”in nəzarətində olan müştərilərin balanslarından pul oğurlayan “Sindibad” haqqında əldə edilən bəzi faktları oxucuların diqqətinə çatdırıram

1. “Sindibad” fəaliyyətini www.smsfun.az saytı vasitəsilə təqdim edir.

2. Fırıldaq əməliyyatlarına 2006-cı ildən başlayıb və 2007-ci ildə Azercell tərəfindən “Ən proqressiv şirkət” sertifikatı alıb.

3. “Simurq” proyektinin üzvüdür.

4. 2008-ci ildə “Azercell”dən “Ən maraqlı məhsul” serttifikatını alıb.

5. “Zengimcell” xidmətini təqdim edir.

6. Qısa nömrələrlə sorğu keçirir.

Yuxarıdaki məlumatlardan açıq aydın bilinir ki, “Sindibad” “Azercell”in əlaltı şirkətidir, ona yaradılan şəraitdən istifadə edərək, istədiyi kimi fəaliyyət göstərir. “Azercell” online müştəri xidməti nümayəndəsinin dediyi kimi, heç də tamamən fərqli və “Azercell”ə əlaqəsiz müəssisə deyil. “Sindibad”ın fəaliyyət göstərdiyi web səhifəsinə göz atsanız biləcəksiniz ki, orda heç də o sertifikatlara layiq xidmət və kontent yoxdur. 2007-ci illlərdə istifadə olunan, “java” və “symbian” əməliyyət sistemləri ilə fəaliyyət göstərən köhnə, günümüzdə demək olar ki, tamamən istehlakdan qalxaraq tarixə qarışmış telefonlara uyğün şəkil, mövzu (tema), oyun və videolar var. Onların da sayısı o qədər azdır ki, 10 il bundan qabaq belə bu saytın bu kontentlə necə o sertifikatları aldığı və ümumiyyətlə necə fəaliyyət göstərdiyi şübhə doğurur. Günümüzün smartfonlarına uyğun isə orada bir ədəd belə oyun, video və şəkil yoxdur. Saytda tətbiqləri yükləmək üçün telefonda WAP və GPRS-in açıq olması istənilir… Görün bunlar hansı dövrdə qalıb. Ümumiyyətlə günümüzdə playmarket və apple store olan yerdə heçbir ağlı başında adam o sayta girib nəsə yükləməz.

Maraqlı bir digər cəhət isə, www.smsfun.az saytındaki qiymətlərdir. Məsələn, tarixə qovuşmuş telefon olan Nokia 6233 modeli üçün temanın qiyməti 2 azn-dir. Elə həmin telefon üçün fon şəklinin qiyməti 0.59 azn-dir. Görəsən 10 il bundan qabaq Azərbaycanda milliyonerlər yaşayıb? Bunun kimi absurd və gülünc qiymətləri görəndə hərkəs rahatlıqla bunun bir xidmət yox, pul tələsi olduğununu anlasa da, çox təəccüblüdür ki, ” Azercell” kimi böyük əbunə kütləsinə sahib şirkət anlamayıb və “Probleminizi Sindibad Şirkəti ilə həll edin” deyərək, belə saxtakar bir qondarma fırıldaqçını şirkət olaraq insanlara tanıtmaqla müştəriləri avam yerinə qoyur.

“Sindibad” şirkətinin telefonlarına cavab verən xanım nədənsə çəkinib ünvanı mənə deməsə də, “Azercell”dən aldığım ünvanla , onların web səhifələrində göstərilən ünvan fərqlidir. Bir az da araşdıranda domenin Məmmədov Anar Ruslan oğlu adında bir şəxsə aid olduğu və bu Anar adlı vətəndaşın email adresinin [email protected] olduğu ortaya çıxdı. Ortaya çıxarılan adres və telefon nömrələri:

Azercellin verdiyi məlumat:
S. Rəhimov 309, AZ1009. World Business Centre, 18-ci mərtəbə. Tel: 012 4801112

www.smsfun.azsaytında olan məlumat:
AZ1119 Bakı, Azərbaycan, Həzi Aslanov küçəsi 109.Tel: 012 437 9907

Smsfun.az domeninin qeydiyyatını yoxlamaq üçün whois.az saytının verdiyi məlumat:
Naxchivan kuch ev 24, men 71. Tel: 012 4938674

Yuxarıdaki məlumatları nəzərə alaraq belə bir nəticəyə gəlmək olar ki, bu ünvanlar ya saxtadır, ya da şirkət sahibi tez-tez ünvan və nömrə dəyişir. Ünvanın harada olduğu və sübutu barədə məlumatı növbəti araşdırmada təqdim edəcəm”.

Mövzu ilə bağlı “Azercell”in də mövqeyini dərc etməyə hazırıq.
“Azercell”-in bəzi fırıldaqlarını həyata keçirən “Sindibad” şirkəti nədir? – Araşdırma
“Azercell”-in bəzi fırıldaqlarını həyata keçirən “Sindibad” şirkəti nədir? – Araşdırma



Baxış sayı: 76