SON XƏBƏRLƏR
loading...
Elmar Vəliyevin qaradaşı oğlanları əmilərini güllələyən şəxsin əl-qolunu bağlayaraq işgəncə verib - İLGİNC İDDİA

Elmar Vəliyevin qaradaşı oğlanları əmilərini güllələyən şəxsin əl-qolunu bağlayaraq işgəncə verib - İLGİNC İDDİADünən sosial şəbəkələrdə və ölkə mediasında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsddə şübhəli bilinən Yunis Səfərovun qan içərisində, huşsuz vəziyətdə fotosu yayıldı. Fotodan görünürdü ki, huşsuz vəziyətdə olan Y.Səfərov əlləri arxadan bağlıdır. Həmin fotonun polis idarəsində çəkildiyi və işgəncə verildiyi iddia olunurdu.
Həmin foto yayılandan az sonra Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, sosial şəbəkələrdə yayılan görüntülər həqiqəti əks etdirmir: "Kimlərsə sensasiya xətrinə başqa adama məxsus fotonu sosial şəbəkələrdə paylaşaraq həmin görüntülərin Gəncədə məlum cinayəti törədən şəxsə aid olduğunu iddia edir. Bir daha qeyd edirik ki, Gəncədə baş verən silahlı insidentlə bağlı cinayət işi başlanıb, cinayəti törədən şəxs isti izlərlə tutularaq istintaqa təhvil verilib və hazırda istintaq altındadır. Ona hər hansı işgəncə verilməsi barədə iddialar əsassız və absurddur”.
Başqa bir şaiyələr yayıldı ki, Y.Səfərovu polis idarəsində E.Vəliyevin oğlu Elmir Vəliyev döyüb. Belə iddialar səsləndirilirdi ki, guya polis idarəsində Y.Səfərovun əl-qolun bağlayaraq Elmir Vəliyevə təslim ediblər, o isə atasının qisasını ona işgəncə verməklə alıb.
Elmar Vəliyevin qaradaşı oğlanları əmilərini güllələyən şəxsin əl-qolunu bağlayaraq işgəncə verib - İLGİNC İDDİA
Başqa bir iddia isə başçının qardaşı oğlanları Elgün və Elgiz Vəliyevlər barəsində idi. Guya Yunis Səfərovun yanına ancaq Gəncə şəhər Polis İdarəsinin rəisi Faiq Şabanov, qardaşı İlqar Şabanovun oğlu Elvin və başçının qardaşı uşaqları buraxılıblar. Yunislə haqq-hesabı məhz onlar aparıblar. Elgün Vəliyev Gəncə polisində əməliyyatçı işləyir.
Elmar Vəliyevin qaradaşı oğlanları əmilərini güllələyən şəxsin əl-qolunu bağlayaraq işgəncə verib - İLGİNC İDDİA
Ehsan Zahidov
Bu gün isə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-ya açıqlamasında həmin fotodakı şəxsin Y.Səfərova məxsus olmasını təsdiqləyib: "Gəncədə ağır cinayət törədən Yunis Səfərov tutulduqdan sonra heç bir işgəncəyə məruz qalmayıb. O ki, qaldı onun sosial şəbəkələrdə yayılmış fotosuna, bəli, Yunis Səfərov cinayəti törətdikdən sonra həmin ərazidə xidmətdə olan polis əməkdaşları onun tutulması üçün dərhal hərəkətə keçib. Bu zaman silahlı cinayətkar polisə müqavimət göstərib. Belə olan halda polis güc tətbiq edib, onu vuraraq yerə yıxıb. Fotoda əks olunan xəsarətlər də həmin zaman onun aldığı xəsarətlərdir. Bir daha qeyd edirəm ki, Yunis Səfərov zərərsizləşdirilərək saxlanıldıqdan sonra ona heç bir işgəncə verilməyib”

criminalaz.com



Baxış sayı: 225