SON XƏBƏRLƏR
loading...
«Putinlə ikinci görüşü «səbirsizliklə» gözləyirəm» – Donald Tramp

«Putinlə ikinci görüşü «səbirsizliklə» gözləyirəm» – Donald Trampİyulun 16-da Finlandiyanın paytaxtında baş tutan danışıqlardan sonra, Amerika Birləşmiş Şatatlarının (ABŞ) Prezidenti Donald Tramp Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putinlə ikinci görüşə kökləndiyini bildirib.
«Rusiya ilə sammit uğurlu oldu. Təkcə gerçək xalq düşmənləri olan yalançı KİV-dən başqa, görüşdən hamı razı qaldı. Mən, bizim ikinci görüşümüzü gözləyirəm. Bu görüşdə biz müzakirə etdiklərimizin bir çoxu, o cümlədən, terrorçuluğun kökünü kəsmək, İsrailin təhlükəsizliyi, nüvə silahının yayılmaması, kiberhücumlar, ticarət, Ukrayna, Yaxın Şərqdə sülh, Şimali Koreya və digər məsələrlə bağlı qərarlar verə bilərik» – deyə, Tramp öz «Tvitter»ində yazıb.
Onun qeyd etdiyinə görə, sadalanan problemlər arasında yüngülü də, çətini də var, amma onların hamısı «həll olunandır».
Azpolitika.info



Baxış sayı: 70