SON XƏBƏRLƏR
loading...
“Şəhidlər Xiyabanını ləğv edib, Hayastan-Azərbaycan dostluq parkı tikmək lazımdır” – ZAUR ƏLİYEV

“Şəhidlər Xiyabanını ləğv edib, Hayastan-Azərbaycan dostluq parkı tikmək lazımdır” – ZAUR ƏLİYEVSiyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev özünün “feysbuk” səhfəsində şəhidlər xiyabanının ləğv edilməsinin vacibliyini yazır. O, hesab edir ki, bu bir səhvdir:
“Məncə Şəhidlər Xiyabanın ləğv etmək lazımdır. Ermənilərdən ayıbdır, tez tez bura gəlrlər. Bir səhvdi ediblər, ermənilərlə döyüşüblər. Oranı ləğv edib Hayastan-Azərbaycan dostluq parkı salsınlar”.
Zaur Əliyev Milli Qəhrəman, Qarabağ qaziləri, şəhid adlarının da ləğv edilməsini yazır:
“Bütün milli Qəhrəman,Qarabağ qazisi, şəhid adları ləğv edilsin. Kimə lazımdır o adlar.”Tolerant” insanları olan bir cəmiyyətə bu adlar lazım deyil. Ümmumiyyətlə Vətən anlayışın da ləğv etmək lazımdır”

P.S. Ola bilsin ki, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin bu fikrlər cəmiyyətdə bir mənalı qarşılanmasın. Nəzərə almaq lazımdır ki, Z. Əliyev özü də məcburi köçkün düşmüş rayonlardandı, o son vaxtlar ermənilərin Azərbaycana gəlişinə öz etirazını bu cür ifadə edir. (realmedia.az).



Baxış sayı: 189