SON XƏBƏRLƏR
loading...
Cəlilabadda anası və özü əlil olan şəxsi dinləyən yoxdur... - GİLEY

Cəlilabadda anası və özü əlil olan şəxsi dinləyən yoxdur... - GİLEYRedaksiyamıza müraciət edən 2-ci qrup əlilin şikayətin təqdim edirik. Qeyd edək ki, olduqca ağır durumda olan Nuriyev Faba Ovezoviç rəsmi qurumlardan kömək istədiyini, lakin diqqətsiz qaldığını iddia edir.Həmin müraciəti diqqətinizə çatdırırıq:

"Mənim muraciətim Prezident Ilham Əliyevə və Mehriban xanım Əliyevayadır!

Yazib sizə bildirirəm ki, mən və anam 2-ci qurup əlilik və əlilliyə görə aldığımız 61 manat muavinət quru çörək alıb qidalanmağımıza 1 ay çatmır. Bununa bağlı dəfələrlə Rayon İcra Hakimiyyətinə muraciət etmişik. Amma yeni təyin olunmuş başçı Namiq Zeynalov bizi qəbul etmir və qəbula yazan şəxs anama deyib ki, başçı deyib ki, onları qəbula yazmayın. Birinci müavin Məmmədov Mənsur müəllim isə anama deyib ki, bu qədər şikayət verirsiz, bizə nə edirlər? Mənsur müəllimin sözündən belə çıxır ki Azərbaycanda şikayətə baxan yoxdur".

Daha sonra müraciət müəllifi yazır: "Bununa bağlı, Cənab Prezident Sizə məktubla muraciət etmişəm, amma RIH-nin tapşırığı ilə mənim məktubumu Cəlilabad Rayon Poçt şöbəsi ünavnına göndərmir. Mən əlil ola-ola Namiq Zeynalovla Məmmədov Mənsur mənim hüquqlarımı ciddi şəkildə pozurlar. Hörmətli Cənab Prezident, Sizdən xahiş edrəm, mənə kömək edəsiniz".

Qarşı tərəfi də dinləməyə hazırıq...

teref.az



Baxış sayı: 37