SON XƏBƏRLƏR
loading...
Strateji sektorlar hədəfdə: Rusiyaya növbəti zərbə VURULUR

Strateji sektorlar hədəfdə: Rusiyaya növbəti zərbə VURULURRespublikaçılar və demokratlardan ibarət senatorlar qrupu Konqresə Rusiya əleyhinə sanksiyaların genişləndirilməsini nəzərdə tutan qanun layihəsini təqdim ediblər.

SONOLAY.İNFO TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Senatın xarici işlər üzrə komitəsinin mətbuat xidməti bildirib.

Təşəbbüsün həmmüəllifləri Robert Menendes (demokrat, Nyu-Cersi ştatı), Lindsi Qrem (respublikaçı, Cənubi Karolina ştatı), Con Makkeyn (respublikaçı, Arizona ştatın), Kori Qardner (respublikaçı, Kolorado ştatı) və Ben Kardindir (demokrat, Merilend ştatı). Senatorlar sanksiyalar yolu ilə Rusiyaya təzyiqi gücləndirən hərtərəfli qanunvericiliyi təklif edirlər.

Qanun layihəsi xüsusi halda, Rusiyanın energetika və maliyyə sektorları barəsində sanksiyaların sərtləşdirilməsini və Rusiyanın suveren borcu barəsində sanksiyaların tətbiqini nəzərdə tutur.



Baxış sayı: 59